GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Özünü yandıran Qarabağ əlili və atası danışdı - (Video, Yenilənib - 4, 23:55)

Özünü yandıran Qarabağ əlili və atası danışdı - (Video, Yenilənib - 4, 23:55)

Tarix: 26-12-2013, 00:35 Bölmə :Ölkə Baxış: 1 693
Özünü yandıran Qarabağ əlili və atası danışdı - (Video, Yenilənib - 4, 23:55)
Xəbər verdiyimiz kimi, II qrup Qarabağ əlili Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında üstünə benzin tökərək özünü yandırıb. Hazırda xəstəxanada olan Qarabağ qazisinin vəziyyəti ağırdır. O, xəstəxanada “Meydan” TV-yə müsahibə verib.

Əlilin atası Həsən Həsənov isə deyib ki, oğlunun özünü yandırmasına səbəb deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin onun əlindən obyektini almasıdır. O deyib ki, deputat Bibiheybət qəsəbəsində yerləşən bu yerin istirahət mərkəzi üçün söküləcəyini və əvəzində ona yeni obyekt tikiləcəyi vəd edib. Amma obyekt söküləndən sonra orada heç nə tikilməyib, əlil üçün də əlavə obyekt tikilməyib. Bir il davam edən məhkəmə prosesində Zaur Həsənovun iddiaları təmin olunmayıb.

Yada salaq ki, Səttar Mehbalıyev Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla yaxın qohumdur. Onlar qudadır.

* * * 19:05

“Özləri cəzalandırsınlar, elə etməsinlər ki, biz onun cəzasını verək”

Azad Qarabağ Uğrunda Alyansa (AQUA) daxil olan təşkilatlar bu gün özünü yandıraraq intihara cəhd edən II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı bəyanat yayıb.

AQUA-dan virtualaz.org saytına verilən məlumatda deyilir ki, Zaur Həsənov Respublika Həmkarlar Konfedarasiyasının sədri, deputat Səttar Mehbalıyevin ədalətsiz və qeyri-insani münasibəti nəticəsində intihar edib. Hazırda həkim nəzarətində olan əlilin həyatı üçün təhlükə davam edir.

Bəyanatda deyilir: “Zaur Həsənovun azyaşlı övladları var. Biz ona qarşı haqsızlıq edən məmurları Allah qarşısında lənətləyirik.

Dövlət əlilinə sahib şıxmalı, bu hadisədə günahkar olan məmurlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Elə etməsinlər ki, biz özümüz onların cəzalarını verək”.

Jalə

Virtualaz.org

* * *13:21

Qarabağ əlilləri aksiya keçirəcəklər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən obyekti sökülən II qrup Qarabağ əlili Zaur Həsənov bu gün - dekabrın 25-də səhər saat 11-də Həmkarlar İttifaqının qarşısında özünü yandırıb. Üzərinə benzin tökən əlilin vəziyyəti ağırdır.

Zaur Həsənovun qaynı Rəfael Hüseynov virtualaz.org saytına açıqlamasında dedi ki, təcili yardım tərəfindən 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə aparılan Zaur Həsənovun vəziyyəti orta-ağır qiymətləndirilib: “Zaur 4 uşağını kiçik çayxana işlətməklə dolandırıb. Çayxananın abadlaşdırılması üçün bankdan pul götürülüb. Şıxov çimərliyinin yanında həmkarlar təşkilatına məxsus obyektlər var. Həmin obyektlərdən gələn gəlir bu quruma gedir. Zaur bankın borcunu ödəyə bilmədiyinə görə ailənin son sığınacağı olan evi də əlindən alınır”.

R.Hüseynov onu da dedi ki, hələ mərhum prezident Heydər Əliyevin dövründə və onun tapşırığı ilə Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında torpaq sahəsi verilib. Lakin Həmkarlar İttifaqı əlilləri məhkəməyə verərək yerin onlara məxsus olduğunu deyib.

Qeyd edək ki, bu, Zaur Həsənovun intihara ikinci cəhdidir. O, birinci dəfə damarlarını doğrasa da həyatını xilas etmək mümkün olmuşdu.

Xatırladaq ki, virtualaz.org saytı Qarabağ əlilinin problemini işıqlandırarkən AHİK-dən təkzib xarakterli cavab göndərilmişdi. Sayta ünvanlanan məktubda bildirilirdi ki, Qarabağ qazisi Zaur Həsən oğlu Həsənovun iaşə obyekti kimi işlətdiyi torpaq sahəsi Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart, 1985-ci il tarixli, 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeçiliyində olan «Şıx» sanatoriyası üçün ayrılıb: “İstifadəmizdə olan torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 avqust, 2000-ci il tarixli, 811 saylı qərarı ilə Bibiheybət bələdiyyəsinə təhvil verilmiş olsa da onun mülkiyyətinə verilməyib və torpaq istifadəçisi dəyişdirilməyib. Bundan başqa, «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair tədbirlər haqqında» Azərbaycan prezidentinin 13 yanvar, 2003-cü il tarixli sərəncamı ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqların dövlətin müstəsna mülkiyyətində olması müəyyənləşdirilib. İcarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla «Şıx» sanatoriyasının qanuni istifadəsində olub. Bibiheybət bələdiyyəsi tərəfindən “Şıx” sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 hektar torpaq sahəsi hüdudlarında torpaq sahəsinin Zaur Həsənova icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması qanunauyğun deyil. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeçiliyində olan “Şıx” sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Zaur Həsənov tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində, Ali Məhkəmədə baxılıb və Zaur Həsənovun şikayəti əsassız sayılıb”.

Məktubda Z.Həsənovun müxtəlif vaxtlarda yuxarı instansiyalara böhtan dolu, təhqiramiz, şantaj xarakterli məktublar yolladığı iddia olunurdu: “Zaur Həsənov məktublarının birində isə Səttar Mehbalıyevdən dediyi sözlərə görə üzr istəyib”.

Qeyd edək ki, Qarabağ əlili Z.Həsənovun doğulduğu Bibiheybət kəndi ərazisində işlətdiyi çayxana ərazisi AHİK-nin balansında olduğundan onun sökülməsi haqqında qərara etiraz olaraq 14 gün aclıq aksiyası keçirmişdi.

AHİK mətbuat xidmətinin rəhbəri Nazim Ağamalıyev bu gün baş verən intihar olayına isə münasibət bildirməkdən imtina etdi.

Virtualaz.org saytının ona ünvanlanan sualına əsəbiləşən mətbuat rəhbəri intiharla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparacağını deməklə kifayətləndi.

Z.Həsənovun hüquqlarını müdafiə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firidun Məmmədov isə virtualaz.org saytına açıqlamasında dedi ki, Z.Həsənovun başına gətirilənlər Qarabağ əlilləri tərəfindən narazılıqla qarşılanıb. Əlillər məsələni müzakirə edəndən sonra aksiya ilə bağlı qərar verəcəklər.

* * * 12:47

Bakının mərkəzində, Həmkarlar İttifaqının qarşısında dəhşətli intihara cəhd olub.

Virtualaz.org-un məlumatına görə, ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyevin gözü qarşısında üstünə benzin tökərək özünü yandırıb.

Ərazidə olan polis əməkdaşlarının və sakinlərin səyi nəticəsində Z. Həsənovun həyatı xilas edilib. O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min manat da verdi

    Mehbalıyev özünü yandıran əlilin ailəsinə 10 min ...

    7-01-2014, 13:02

  • 
  • Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb

    Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin ...

    28-12-2013, 13:07

  • 
  • Özünü yandıran Qarabağ qazisi öldü

    Özünü yandıran Qarabağ qazisi öldü ...

    28-12-2013, 22:59

  • 
  • «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş hadisə ilə əlaqədar açıqlama verdi - EKSKLÜZİV

    «Qarabağ Qaziləri» İctimai Birliyi baş vermiş ...

    25-12-2013, 16:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu