Bakıda 52 yaşlı qadın qarşılaşdığı şantajla bağlı polisə müraciət edib.
Virtualaz.org-un lent.az-a istinadən məlumatına görə, Səbail Rayon Polis İdarəsinə şikayət ərizəsi yazan Gürcüstan vətəndaşı, 1961-ci il təvəllüdlü A.E bildirib ki, yaxın münasibətlərdə olduğu Nizaməddin adlı şəxs onu təhdid edir. Bayıl qəsəbəsi, Xanlar küçəsində yaşayan qadın qeyd edib ki, bir müddət əvvəl Nizaməddinlə tanış olub və onlar arasında sıx münasibətlər yaranıb.
Cütlük vaxtaşırı olaraq görüşürmüş. Bu görüşlər zamanı onlar dəfələrlə cinsi əlaqədə olublar. Nizaməddin adlı şəxs həmin vaxt telefon vasitəsi ilə qadınla etdiklərini lentə alıb. Bir neçə gün əvvəl isə o, A.E-yə bildirib ki, 2000 avro verməsə çəkdiyi videoları internetə yerləşdirəcək. Nizaməddin adlı şəxs pul verməsə, qadının videolarını onun qohumlarına göstərəcəyini də deyib.
A.E onu şantaj edən keçmiş sevgilisinin məsuliyyətə cəlb edilməsini xahiş edib. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?