Bülent Ersoy, Demet Akalın, Hadise, Aşkın Nur Yengi, Tuğba Özerk, Petek Dinçöz, Yıldız Tilbe kimi müğənnilərin meneceri olmuş Haluk Şentürklə bağlı iddialar ortaya atılıb.
Menecerin köməkçisi Murat İşcan onun hazırda rüşvət qalmaqalına görə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabla əlaqəsinin olduğunu və vergidən yayındığını bildirib. Murat İşcanın açıqlamasına görə, zaman-zaman şirkətdə hətta dinləmə cihazı da arayıb: “Rza Zərrabla yaxın əlaqələri var. Barlar bağlanıb, proqramlar təşkil olunub. Amma ortada heç bir hesab yoxdur. Bütün bu müğənnilərə pul alıb-verirlər. Dövlətdən vergi gizlədilir.
Qəbzlərdəki qiymətlərdən iki dəfə artıq pul alınır. Bu müğənnilərin pulları saxta şirkətlərin adına köçürülür. Qapılarda kameralar var. Akatlarda yerləşən şirkətə polis və ya maliyyədən hər hansı yoxlama gələrsə, məhv edilməsi vacib olan sənədlər var. Bütün bu məlumatları maliyyə orqanlarına təqdim etmişəm”.
Xüsusilə xarici ölkələrdə və Kiprdə keçirilən konsertlərdə vergidən yayınma hallarının daha çox olduğunu bildirən M. İşcan “Bir çox konsertlərdə alınan pulun heç bir quruşu da bəyan edilmir.
Saxta imzalar, saxta sənədlər, saxta vizalar var” deyə bildirib. Bülent Ersoyla bağlı iddialarını da dilə gətirən M.Şentürk menecerin müğənniyə aid özəl şəkilləri saxladığını vurğulayıb: “Bu fotoları nə zamansa lazım olacaq deyə saxlayır”.
Sorğu
Yeni dizaynımız necədir?