“Qanun” Nəşriyyatında aparılan yoxlamaların nəticələri ilə bağlı Vergilər Nazirliyindən mənə heç bir söz deməyiblər. Hələ ki, xarici ölkədə kitab yarmarkasındayam. 2 gün sonra işimin başına qayıdacam, o zaman hər şey daha yaxşı aydın olacaq”.
Bu sözləri “Axar.az”a açıqlamasında “Qanun” nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu rəhbəri olduğu nəşriyyatda aparılan yoxlamaların nəticələri ilə bağlı danışarkən dedi. O bildirdi ki, yoxlamalarla bağlı nəşriyyatdan Vergilər Nazirliyinə aparılan sənədlər hələ ki geri qaytarılmayıb:
“Yoxlamalar başlayan gün bizdən apardıqları sənədləri hələ geri verməyiblər. Özüm xaricdə olsam da, nəşriyyatla daimi olaraq əlaqə saxlayıram. Nəşriyyatda iş öz axarı ilə davam edir. Vergilər Nazirliyinin apardığı araşdırmanın nə yerdə qaldığı ilə maraqlanmaq üçün gərək orda olum. İki gün ərzində özüm də Bakıya qayıdacam. Ancaq onu dəqiq bilirəm ki, yoxlamalar üçün apardıqları sənədləri geri verməyiblər. Bakıya gələn kimi Nazirliyə gedib, bu məsələ ilə maraqlanacam”.
Sorğu
Yeni dizaynımız necədir?