“Müsavat və AXCP partiyaları arasında bu cür polemikaların olmasının əleyhinəyəm. Arif Hacılının isə bu cür fikirlər söyləməsinə çox təəssüf edirəm”
Bu sözləri “Qafqazinfo”ya açıqlamsında AXCP sədrinin müavini Razi Nurullayev Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının Facebookda AXCP lideri Əli Kərimliyə qarşı sərt ittihamla çıxış etməsinə münasibət bildirərkən deyib. Razi Nurullayev qeyd edib ki, görüşdüyü, tanıdığı insanlar bəyan edirlər ki, Əli Kərimlidən cəsarət nümunəsi öyrənmək lazımdır: “Mən bunu AXCP üzvü olaraq demirəm, mənim də fikirlərim onlarla üst-üstə düşür. Əli Kərimli də uzun illər çəkdiyi mübarizədə bir sıra məhrumiyyətlərə düçar olub. Onu heç kim qorxaqlıqda, cəsarətsizlikdə ittiham edə bilməz. Bu çox ədaələtsiz olar. Əli Kərimli heç bir zaman siyasi oyunların iştirakçısı olmayıb. Bunu hamı bilir. AXCP eyni zamanda müxalif partiyalara qarşı oyunlarda da iştirak etməyib. Biz ümumi müxalifətin birliyi üçün çalışırıq. Keçirdiyimiz həm açıq, həm də gizli görüşlərdə müxalifətin zəif və ya güclü lideri terminlərindən uzaq durmağa çalışırıq. Müxalifət düşərgəsi istənilən halda bir cameədir. Siyasəti bacaran insanlar bunu etməlidir”.
Onun sözlərinə görə, AXCP heç vaxt müttəfiqi olan Müsavat Partiyasına qarşı kəskin ifadələr işlətmək marağında olmayıb: “Facebookda yüzlərlə insan var. Bəzən ola bilər ki AXCP-nın sıravi üzləri bilməyərəkdən yanlışlıqlara yol versin. Amma bunların qarşısı vaxtında alınır. Amma çoxsaylı insanlar saxta profil adı altında AXCP üzvü kimi özünün təqdim edərək Müsavata qarşı kəskin çıxış edir. Və iki partiya arasında nifaq salmağa çalışır. Müsavata Partiyası bunların AXCP üzvləri tərəfindən edilmədiyini bilməlidir. AXCP heç bir zaman müttəfiqliyə yaraşmayan fəaliyyət göstərməz”
Razi Nurullayev vurğulayıb ki, Arif Hacılının bu fikirlərini ziyanlı hesab edir: “Arif Hacılı bunlardan kənarda dursun. Danışanda məsələlərə ümumi müxalifət mövqeyindən yanaşsın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?