Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə iradnamə verilib və müvafiq akt tərtib edilib
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
Komitədən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən 1 saylı "Qızılgül" və H.Əliyev prospektində yerləşən 5 saylı "Bənövşə" körpələr evi-uşaq bağçalarında qidalanma ilə bağlı ümumi vəziyyət AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tələblərinə uyğun deyil. Belə ki, müəssisələrdə bir neçə soyuducu olmasına baxmayaraq, mal qonşuluğuna əməl olunmur, yeməklərin isti saxlanılması üçün izotermik tutum mövcud deyil, bağçaya verilən içməli su mütəmadi olaraq analiz olunmur, yalnız qaynadılıb uşaqlara verilir.
Bundan başqa, yeməklərin bişirilməsində istifadə olunan xammalların uyğunluq sertifikatları, ətin baytralıq sənədi və qabların yuyulmasında istifadə olunan yuyucu vasitələrin sertifikatları yoxlamaya təqdim edilməyib.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə iradnamə verilib və müvafiq akt tərtib edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?