Penitensiar Xidmətin rəisi Mədət Quliyevin təqdimatı ilə 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev işdən çıxarılıb. Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə onun səlahiyyətlərinin icrası 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova həvalə edilib. Bu barədə məlumat Haqqin.az saytına Penitensiar Xidmətin mətbuat mərkəzindən verilib.
Qeyd edək ki, Azərbaycanın tanınmış ictimai xadimləri və jurnalistləri 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Bu müəssisədə məhkumlarla qeyri-insani davranışla bağlı dəfələrlə məsələ qaodırılıb. Ombudsman da oradakı vəziyyətin araşdırılması üçün ədliyyə nazirinə müraciət etmişdi.
Bu ilin avqustunda Nemət Pənahlınınnın da cəza çəkdiyi12 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlar müraciət yaymışdılar. Müraciətdə müəssisədə olan müxtəlif problemlərə toxunulur, dustaqlara qeyri-insani münasibətin olduğu bildirilirdi: “Cəzaçəkmə müəssisəsində peşəkar və ixtisaslaşmış aşpaz yoxdur, adi məhkumlar aşpazlıq edir. Çörək ən aşağı səviyyəli undan bişirilir. Məhkumların duş qəbul etməsi üçün şərait və tualet normal deyil. 200 nəfər cəmi 2 duşdan istifadə etmək məcburiyyətindədir, duşxana bərbad vəziyyətdədir. Tualet dezinfeksiya olunmur, bu da öz növbəsində dəri-zöhrəvi xəstəliklərə şərait yaradır. 200 məhkum bir krandan və qısa zaman kəsiyində içməli su götürmək məcburiyyətində qalıb. Tibbi bölməsi faktiki olaraq fəaliyyət göstərmir. Xəstə məhkumlara, ölümcül halda olsalar belə, yalnız qarın ağrısı və tərlətmə dərmanı təklif edilir. Müəssisənin televiziya və film seyr etmə otağı çox bərbad vəziyyətdədir. Yayda istidən, qışda soyuqdan orada oturmaq mümkün deyil. Yağış tavandan içəri yağır. Məhkumlar üçün nəzərdə tutulmuş ərzaq, yeyinti və zəruri əşyalar saxlanılan otaqlar tam yarasızdır...”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?