“208” və “209” nömrəli marşurut sürücüləri bu gün işə çıxmaqdan imtina ediblər.
Bakıxanov stansiyası yaxınlarında yaşayan “Axar.az” oxucusunun verdiyi məlumata görə, aylıq plan haqqının qaldırılmasına etiraz olaraq, marşurut sürücüləri bu günü işə çıxmaqdan imtina edərək, tətil elan ediblər. Xatırladaq ki, bu gün rəsmi iş günüdür. Nəzərə alsaq ki, 208 və 209 nömrəli avtobuslar fəaliyyət göstərdikləri xətt üzrə ən çox təlabat olan marşurutlardır, bu səbəbdən, dayanacaqlarda yaşanan vəziyyəti təsəvvür etmək çətin deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?