2013-cü il ərzində Dövlət Sosial Müdafiə Fondunda 22 nəfər dövlət qulluqçusu barədə intizam tədbirləri görülüb. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarında çalışan dövlət qulluqçularının etik davranışı məsələləri barədə vətəndaş müraciətlərinin imkanlarının gücləndirilməsi məqsədilə daxil olmuş müraciətlərə operativ baxılması istiqamətində işlər davam edir, qanunvericiliyə uyğun araşdırma nəticələri üzrə tədbirlər görülür.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü il ərzində bu sahədəki vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb.
Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq əmri ilə Fondun sədrinin, sədr müavinlərinin, aparatın rəhbərinin, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub.
Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində "sual-cavab" bölməsi və Fondun Aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi" fəaliyyətini davam etdirir. Eyni zamanda elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür (AzVision.az).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?