Hazırda DİN-in yüksək rütbəli zabitləri Qaradağ rayon Qızıldaş qəsəbəsində icra nümayəndəliyinin qarşısına toplaşan sakinlərlə görüş keçirirlər.
"Axar.az"ın hadisə yerində olan müxbirinin məlumatına görə, görüşdə Abşeron Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov və Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev də iştirak edir. Onların avtomobil qəzasında həlak olmuş şəxsin ailəsi ilə də görüşəcəklər.
Xatırladaq ki, dekabrın 28-də Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəzada vəfat edənlərin valideynləri bu qəzanın polisin sürücünü qovması nəticəsində baş verdiyi iddiası ilə dünən Qızıldaş qəsəbəsində aksiya keçiriblər, həmçinin Müşfiqabad YPX postuna gələn Qızıldaş sakinləri yolu bağlayıblar. Onlarla görüşən Abşeron rayonunun polis rəisi və DYP-nin Müşfiqabad YPX postunun rəisi bu gün Qızıldaşda sakinlərlə görüşəcəklərinə və məsələyə aydınlıq gətirəcəklərinə dair vəd vermişdilər (Ətraflı BURADA).
Hazırda Qızıldaş qəsəbəsində görüş davam edir. Əlavə məlumat veriləcək.
*** 12:50
“Ramil Usubov məsələnin araşdırılması ilə bağlı şəxsən göstəriş verib”.
“Axar.az” məlumat verir ki, bu açıqlama ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev çıxış edib. O, Qızıldaşa gəlməkdə əsas məqsədlərinin baş vermiş hadisəni araşdırmaqdan ibarət olduğunu deyib: “Bura gəlməkdə əsas məqsədimiz mərhumun ailəsi ilə görüşmək və məsələyə aid olan şahidləri dindirməkdən ibarətdir. Məsələ tezliklə araşdırılıb başa çatdırılacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?