Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyə firmasından ən son texnologiyaya əsaslanan “ağıllı sistem”lər alıb. Bu barədə Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir.
Xəbərə görə, Bilkənd Universitetinin nəzdindəki kiberparkda fəaliyyət göstərən türk firması polis maşınları üçün görüş məsafəsindəki bütün avtomobillərin nömrələrini avtomatik oxuyub sahibinin kimliyini araşdırmağa imkan verən xüsusi qurğu icad edib. Bu qurğu eyni zamanda polis maşınlarının üzərində quraşdırılan “miqalka” funksiyasını əvəz edir.
“Ağıllı dövriyyə” adı alan sistem ön və arxa kamera və sensorlarla təchiz olunub. Qurğu görüş məsafəsində olan bütün maşınların sahiblərinin kimliklərini dərhal müəyyən edir, avtomobilin oğurluq olub-olmadığını, qaydaları pozub-pozmadığını araşdırır, eyni zamanda sürətini ölçür. Sistem hətta sürücünü üzdən tanıma özəlliklərinə də malikdir.
Qurğu qeydə aldığı informasiyaları mərkəzə ötürür, eyni zamanda bu cür qurğu ilə təchiz olunmuş polis maşınları bir-biri ilə əlaqə saxlayır. Qurğu ötən ay Parisdə keçirilən XVIII beynəlxalq Milipol Sərgisində ilk dəfə nümayiş etdirilib və böyük marağa səbəb olub. “Ağıllı dövriyyə”nin ilk xarici müştəriləri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?