Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə məlumat yayıb. Nazirliyin saytında yer alan məlumata görə, “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparıb. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?