Son bir ay ərzində, demək olar ki, hər gün azı 2 nəfər dəm qazından zəhərlənir. Yeni ildə 7 nəfər isə dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, paytaxtda dəm qazından daha iki nəfər boğularaq ölüb. Onlardan biri Nizami rayonu Məhəmməd Şərifli küçəsi 1a ünvanında kirayə yaşayan 38 yaşlı Arzu Məmmədova olub. Ev sahibinin sözlərinə görə, onun cansiz bədəni evin digər bir otağını kirayə üçün başqa şəxsə göstərilən zaman ümumi olan hamam otağında aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dəm qazının digər qurbanı Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Zümrüd Hüseynova olub.
Son bir həftə ərzində isə dəm qazından zəhərlənənlərin sayı 6 nəfərə çatıb. 1 saylı şəhər xəstəxanasının toksikoloqiya şöbəsinin müdiri Azər Maqsudov ANS-ə bildirib ki, zəhərlənmə ilə gətirilən bütün xəstələr müvafiq tibbi yardimdan sonra ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə isə keçən ilin son ayında 42 nəfər dəm qazı ilə zəhərlənmədən xəstəxanaya müraciət edib. Bunlardan 26-sı hazırda xəstəxanada müalicə olunurlar.
Yeni ilin ilk ayına gədikdə isə xəstəxanalara artıq dəm qazı zəhərlənməsi ilə bağlı 14 müraciət olunub, bunlardan 6-sı hələ də xəstəxanadadır.
“Azəriqaz” İstehsalat Birliyi isə dəm qazının iysiz olduğundan bədbəxt hadisənin qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirlərin görülməsini tövsiyə edir. Kustar üsulla hazırlanmış standartlara uyğun olmayan qaz cihazlarının vətəndaşlara birbaşa təhlükə yaratdığını bildirən birliyin mətbuat katibi Araz Ağayev evin hər bir otağina aid mütləq qaydada yerinə yetirilməli qaydalarının olduğunu deyib. “Bundan əlavə abonentlərin qaz qurğularina özbaşına müdaxilənin də qadağan olunduğunu” deyən “Azəriqaz” rəsmisi tüstü bacalarin təmizlənməsini də vacib şərt kimi qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?