Azərbaycanın Ciu Cutsu Fecerasiyasının prezidenti, tanınmış məşqçi Mirəli Seyidovun oğlu ağır xəstədir. Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. 25 yaşlı Rolan Seyidovda qəfil kəskin baş ağrıları və zəiflik müşahidə olunub. O, yanvarın 1-də Neyrocərrahlıq xəstəxanasına çatdırılıb. Həkimlər təcili əməliyyat tövsiyyə etsələr də, beynində qansızma aşkarlanan xəstənin yaşayacağına tam zəmanət verməyiblər.
Bundan sonra Rolan Seyidovun valideynləri onu Kiyevə aparıblar. O, orada əməliyyat olunmalıdır. Lakin təkcə ötən il Azərbaycana 8 medal (2 qızıl, 3 gümüş, 3 bürünc) gətirən tanınmış məşqçi övladını əməliyyat etdirmək üçün pul tapmır. Sosial şəbəkələrdə və forumlarda gəncin əməliyyatı üçün ianə toplanır.
Qeyd edək ki, Rolan Seyidovun özü müğənnidir. O, ötən il “Eurovision”un milli seçim turunda iştirak edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?