Azərbaycan Milli Məclisinə smarton və android tipli telefonla giriş qadağan olundu. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun Modern.az saytına verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərdən bu modellərdən olan mobil teleonları girişdə alınacaq. Artiq bununla bağlı qərar qəbul olunub.
“Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.
Bütün dünyada belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirib ki, prosesi yerinə yetirmək üçün hər bir şərait var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?