“Milli Məclisə telefonla girmək qadağası hər kəsə şamildir. İstər millət vəkili olsun, istər jurnalist, istərsə də xarici qonaqlar”. Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deputat Zahid Orucun telefon qadağasının millət vəkillərinə aid edilməməsi haqda fikrinə münasibət bildirərkən deyib:
“Belə bir şey ola bilməz, yəqin ki, anlaşılmazlıq olub, bu qayda hamıya aiddir, mən indi bu məsələni araşdıraram”.
Qeyd edək ki, millət vəkli Zahid Oruc hafta.az-a açıqlamasında qadağanın parlament üzvlərinə tətbiq edilmədiyini deyib: “ Biz malik olduğumuz hər hansı mobil rabitəni, yaxud planşetləri əvvəlki qaydada parlamentin binasına keçirə bilirik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?