GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məktəb direktoru xadiməni döyüb- Ağcabədidə

Məktəb direktoru xadiməni döyüb- Ağcabədidə

Tarix: 9-01-2014, 13:19 Bölmə :Ölkə Baxış: 662
Məktəb direktoru xadiməni döyüb- Ağcabədidə
“Direktor məni çağırıb hər ay öz maaşımdan ona səksən iki manat pul verməli olduğumu tələb etdi”

Ağcabədi rayonunda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbin müəllimi Vüqar Ağayarov həmin məktəbin direktoru Hidayət İbrahimovdan şikayət edib.

O bu barədə “Qafqazinfo”ya göndərdiyi şikayət məktubunda bildirir ki, 2004/2005-ci tədris ilindən Ağ göl ümumi orta məktəbində müəllim işləyir: “Bu məktəbin yaranmasında, yeni yaranan siniflər üçün otaqların tikilməsində digər müəllimlər kimi mən də şəxsən fəhləlik və ya ustalıq etmiş, tələb olunduğu miqdarda cibimdən pul qoymuşam. Artıq məktəb formalaşıb öz ayaqları üzərində durandan sonra məktəbin direktoru Hidayət İbrahimov həmin müəllimləri bir-bir ərazidən uzaqlaşdırmağa başladı.

Günlərin bir günü məni də çağırıb hər ay öz maaşımdan ona səksən iki manat pul verməli olduğumu, əks təqdirdə o birisi müəllimlər kimi ərazidən öz xoşumla çıxıb getməyimi tələb etdi. Mən H.İbrahimovun bu qanunsuz tələbini lazımı yerlərdə sübut etmək üçün onun səsini yazmağa məcbur olmuşam. Çünki, o, mənə qarşı hər cür basqıdan, yataqda yaşayan qohumları vasitəsilə hədələməkdən, şər atmaqdan, vəzifəsindən sui-istifadə edib incitməkdən heç vaxt əl çəkmir. Sonuncu dəfə məktəbdə xadimə işləyən həyat yoldaşımı, müavini və qohumu Ruhiyyə Axundova ilə birlikdə döyüb, “ya əmək haqqı kartını ver, ya da burdan rədd olub gedin!” – söyləyib.

Mən hadisə yerinə gəlib yoldaşımı huşsuz vəziyyətdə gördüm. Ancaq onun həm də H.İbrahimov tərəfindən döyüldüyünü bilmədim. Həyat yoldaşımı evə gətirəndən sonra polisə zəng vurdum.

Mənim şikayət etdiyimi görüb H.İbrahimov da şikayətə qaçdı və guya ona xəsarət yetirdiyimi söylədi. Yataqda yaşayanların əksəriyyəti onun qohumlarıdır və diplomları olmasa da müəllim işləyirlər. Onun yataqda yaşayan və məktəbdə işləyən qohumları üzümə dirənməyə başladılar”.

Şikayətçi məktəbdə baş verən bir sıra qanunsuzluqlar barədə də yazıb: “Hidayət İbrahimov vəzifəsindən sui-istifadə edərək müəllimlərdən hər ay müəyyən məbləğdə pul tələb edir. Pul verməyən müəllimləri yaxın qohumlarının şər-böhtanları ilə hədələyərək ərazini tərk etməyini tələb edir.

Dərsə gəlməyən müəllimlərə deyilməyən dərsləri yazır və pulunu mənimsəyir. Məktəbdə xadimə işləyən həyat yoldaşımın isə əmək haqqısını vermir.

Məktəbdən çox uzaqlarda yaşayan uşaqların adına sinif açır. Həmin siniflərə verilən pulları müəllimlərin maaş kartına köçürərək sonra geri tələb edir.

Müəllimlərin əksəriyyəti öz qohumları olduğu üçün bu prosesdə canla-başla iştirak edirlər. Etiraz edən müəllimlərə isə hərtərəfli təzyiqlər göstərir, “Buralar bizimdir, çıxın gedin” - deyir.

Hər ay direktora hesab verməyən müəllimlərə yazmaq üçün jurnal vermir. Ümumiyyətlə, məktəbdə kargüzarlıq və sənədləşmə işləri biabırçı vəziyyətdədir.

Texniki işçilərin əmək haqqı kartlarını öz cibində saxlayır.

Qanunsuz yolla rayondan rayona müəllimlər gətirir.

Yataqda yaşayan qohum-əqrabasını öyrədib ona tabe olmayan müəllimlərə qarşı qoyur, müəllimləri hər cür şər-böhtanla məktəbdən kənarlaşdırmağa çalışır. İndiyədək bu cür bir neçə müəllimi (İsmayılov Rövşən, Cabbarov Şamil, İsmayılov Cavanşir və b.) işdən və ərazidən qovmağa nail olub.

Xəstəlik kağızı təqdim edən müəllimlərin (həmin müəllim xəstəlikdə olduğu müddətdə sinif jurnalına dərs saatları qeyd etmişdir) və digər işçilərin adına qanunsuz əmək haqqı yazır.

Heç nədən çəkinməyərək tədris planında olan dərs saatlarını müəllimlərdən gizlətmək məqsədilə dərs cədvəlinə düzgün yazmır.

Müəllimlərə məxsus bəzi vacib sənədləri qəsdən korlayır.

Məktəbə ayrılan yanacaq pulunu mənimsəyir, şagirdlər tez-tez soyuqlayırlar.

Daima onun korrupsioner standartlarına uyğun gəlməyən və ona qohum olmayan bütün müəllimlərin ərazidən köçməsini heç nədən çəkinmədən təşkil edir. Belə ki, qohumlarını öyrədib onların üstünə salır, hədələtdirir və nəhayət peşəkarlıqla şərlətdirir.

Onun əsas məqsədi uşaqların təhsili və tərbiyəsi deyil, pul qazanmaqdır. Əslində, dövlətimizin məcburi köçkün uşaqları üçün təhsil müəssisəsi kimi nəzərdə tutduğu məktəb zəngin kriminal ənənələrə malik olan bu ailə üçün maddi təminat bazasına çevrilib. Eyni zamanda ona kömək edib müəllimləri qorxudan qohumlarını pulla mükafatlandırır. Onun bir neçə yaxın qohumu adam ölümü üstündə ömürlük və ya uzunmüddətli həbs aldıqları üçün hamı onlardan çəkinir, qorxur”.

Vüqar Ağayarov qeyd edib ki, bir ilə yaxındır ki, faktlarla bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, hələ ki, ciddi nəticə yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şikayət: məktəb direktoru pul yığır — Foto

    Şikayət: məktəb direktoru pul yığır — Foto ...

    17-09-2014, 16:32

  • 
  • 167 saylı məktəbin direktoru 1000 AZN "hörmət" istədi - FOTO

    167 saylı məktəbin direktoru 1000 AZN ...

    5-11-2015, 19:07

  • 
  • 170 saylı məktəbin direktoru ilə bağlı ilginc iddia

    170 saylı məktəbin direktoru ilə bağlı ilginc ...

    11-09-2015, 16:35

  • 
  • Şamaxıda təhsil rəzaləti

    Şamaxıda təhsil rəzaləti ...

    6-06-2013, 12:54

  • 
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu