“... Niyə canını Qarabağda qurban verənlər, şəhid ailələri, qazilər, əlillər, başsız qadınlar üçün ev tikilmir???”
gundemxeber.az İmişli rayonu Çaxırlı kənd sakini, şəhid ailəsi, Qarabağ müharibə iştirakçısı, Vətən Naminə Şəhid ailələrinə Milli Qəhrəmanlara Qayğı Cəmiyyətinin heyət üzvü Cəfərov Yadigar Əkbər oğlu Azərbaycan Republikasının prezidenti cənab İlham Əliyevə şikayət məktubu göndərib. Qarabağ qazisinin surətini redaksiyamıza göndərdiyi məktubda deyilir; “Hörmətli cənab prezident, Qrunt sularından və sel daşqınlarından ziyan görmüş evim barədə kiloqramlarla məktub, şikayət yazdım. Bir müddət öncə siz İmişliyə səfər edəndə, sizinlə, şəhid ailəsi, Qarabağ qazisi kimi görüşüb dərdimi demək istədim, amma həmişəki kimi məmurlar ordusu sizə yaxınlaşmağıma imkan vermədilər. Bir qrup sel köçkünü kimi 40 nəfər şəhid ailəsi, Qarabağ qazisi, imkansız ailələrin 14.11.2012-ci ildə sizə göndərdiyi müraciətə imza atanlar içində mən də var idim. Bu gün də sizdən cavab gözləyirəm. Sizin ayırdığınız 50 milyon manatdan (29 mart 2012-ci il artıq bəzi insanlara 100-ə yaxın ailəyə bərpa gücləndirmə və təmir pulu göndərildi. Mənə isə 24 aprel 2012-ci il FHN-nin nümayəndəsi Elxan Əsədov yazıb cavab verir ki: "Kür Araz çaylarının daşması ilə əlaqədər İmişli ərazisində ziyan çəkmiş evlərə Nazirliyin sahə komissiyaları baxış keçirmiş müvafiq aktlarda Sizin eviniz haqqında heç bir məlumat olmadığından tərəfimizdən hər-hansı tədbir görülməsi mümkün deyil. Möhtərəm prezident! Məktub imzalayan nüfuzlu şəhid ailələrinin, qazilərin, başsız qadınların çoxunun rüşvət verməyə imkanları olmadıqları üçün onlara ev tikilməyib, normal kompensasiya verilməyib. Elxan Əsədov mənə cavab yazıb ki, sizin eviniz haqqında heç bir məlumat yoxdur. Bunun günahkarı mənəmmi? Bu məntiqlə sabah mənə məktub göndərilə bilər ki, siz adda, soyadda ümumiyyətlə Azərbaycan respublikasında adam yaşamır. Mən FHN- ə sual edirəm; bəs necə ola bilir ki, İmişli rayonunda yaşayan Appelyasiya hakiminin qardaşı , 5-6 mağazası, villası olan Fuad İmanova, FİNCA Bankın prezidenti L. Əliyevə, "Optovoy" mağaza şirkətlər qrupunun sahibi Mirislama, Bakıda, Rusiyada yaşayan, hal-hazırda evlərin qapıları qıfıllı olanlara, İmişli RİH işçilərinin öz himayələrində saxladığı şəxslərə evlər tikildi, canını Qarabağda qurban verən şəhid ailələri, qazilər, əlillər, başsız qadınlar üçün ev tikilmədi??? Səbəb nədir? Mənim qardaşım Qarabağda şəhid olanda, özüm pələng kimi döyüşəndə, həmin şəxslərin bir çoxu o vaxt da, indi də kefdə, var-dövlət qazanmaqda, Rusiyada, xaricdə dincəlir, pul qazanırdılar. Beləmi qiymət verilir millətin təəssübünü çəkənlərə? İmişlidə 800-dən artıq ev tikildi, amma imkansızlara ev tikilmədi. Bütün bu haqsızlıqlara etiraz əlaməti olaraq 13-16 mart 2012-ci il aclıq aksiyası keçirdim, İmişli RİH-dən gəlib yalvardılar ki, aksiyanı dayandır, evin tikiləcək. 18 noyabr 2012-ci il FHN- nin qaynar xəttinə zəng edib, ağzımın acısını tökdüm ki, yağan yağış 3 körpə balamın və ailənin başına yağır, evin ortasına dirək vurmuşam. Əmin etdilər ki, İmişli RİH-ə deyərik baxarlar. 2012- ci il Kür Araz daşqınlarından 32 ay keçib. Şikayətimizə baxmırlar, yoxsuluq, rüşvət verə bilmirik deyə... Qarabağ qazisi kimi məgər mən İnzibatı İqtisad Məhkəmələrinin yollarında qalmalıyam? 07 yanvar 2013-cü il Şirvan İnzibati İqtisadi Məhkəməsində növbəti proses olacaq. Məgər şəhid ailəsi, qazi məhkəmə yolu ilə ev tikdirməlidr? Möhtərəm cənab prezident! Siz 460 milliyona qədər pul ayırdınız ki, fəlakətə məruz qalanlara yardım olunsun. Onlara ev tikilsin, yardım verilsin. Amma aidiyyatı qurumlar ayrı seçkilik etdilər. Rüşvət, korrupsiya imkan vermədi ki, mənim kimi imkansız ailələr sizin bu humanist addımınızdan bəhrələnsinlər. Mən şəhid ailəsi kimi yox, vətəndaş kimi xahiş edirəm problemin, şikayətimin ciddi araşdırılıb, ölçü götürülməsi barədə müvafiq addımlar atasınız. Siz bizi laqeyd, həris məmurlardan qorumağa, problemimizin həllinə kömək etməyə prezidentimiz kimi qadirsiniz.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?