YouTube-da Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun oxduğu mahnı “nəğməkar” prezidentlər mövzusunu gündəmə gətirib.
Azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın repertuarındakı “İnanımmı” mahnısını oxuyan türkmən dövlət başçısından başqa, demə, bu məharətə malik digər dövlət və hökumət başçıları da varmış.
Azərbaycanın eks-prezidenti Heydər Əliyev “Küçələrə su səpmişəm” mahnısını ifa etməsi artıq məlum faktdır. Mərhum dövlət başçısı “Ala gözlüm” mahnısını da ifa edib.
Mərhum dövlət başçısı “Ala gözlüm” mahnısını da ifa edib.
Əcnəbi prezidentlərdən Barak Obamanın da ifaçılıq qabiliyəti seçicilərinə tanışdır. Ağ Ev sahibinin bir konfransda ifa etdiyi “Al green” mahnısı ilə hər kəsin marağına səbəb olub.
Rusiya prezidenti Vladimir Putin onkoloji xəstəliyi olan uşaqlara kömək konsertində “nə oxuya, nə oynaya bilirəm” desə də, özü royalda ifa edərək, ingiliscə mahnı oxuyub.
Tacikistanın prezidenti Emmamali Rahmon toy mərasimində sərxoş halda oxuyub-oynadığı halı da YouTube-da var.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qonaq olduğu türk kanali ATV-də “Bərabər yürüdük biz bu yollarda” mahnısını ifa edib.
Haitinin prezidenti Mişel Martelli həm də “Sweet Micky” (“Şirin Miki”) səhnə təxəllüsü ilə tanınır. Seçkilərdə xanım Mirland Maniqaya qalib gəlmiş qaradərili dövlət başçısı peşəkar müğənnidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?