“İki aydır ki, qardaşımı maşın vurub, xəstəxanada ağır vəziyyətdədir. . Bir həftəyə qardaşını xəstəxanadan çıxarın".
Bunları “Qaynar xətt”ə avtomobil qəzasında ağır xəsarətlər almış və 1 saylı Şəhər Klinik Xəstəxanada 2 aydan çoxdur ki, koma vəziyyətində olan jurnalist Sahib İslamovun qardaşı Aqil islamov deyir. Onun sözlərinə görə, həkim xəstəni müalicə edə bilmədiyini söyləyib və başqa xəstəxanalara müraciət etmələrini məsləhət görüb.
“Dedi, iki aydır bu xəstəxanadadır, müalicələrin nəticəsi yoxdur. Bundan o tərəfə əlimizdən heç nə gəlmir”.
"Jurnalistlərdən kömək istəyirəm"
Aqil İslamov onu da deyir ki, qardaşının müalicəsi üçün maddi imkanları məhduddur: “Meyvəli bazar”da fəhləliklə məşğul oluram. Qardaşımın xəstəxana xərclərini ödəyə bilmirəm. Heç yerdən köməyimiz yoxdur. Qardaşım komadan ayılmır. Həkimlər də əllərindən gələni etdiklərini deyirlər. Bəlkə də pulsuzluğumuzdan can yandırmırlar. Qardaşımın jurnalist həmkarlarına üz tutub kömək istəyirəm”.
Xəstənin qohumlarına təklif olunub ki...
1 saylı Şəhər Klinik Xəstəxanadan “Qaynar xətt”ə bildiriblər ki, ötən il noyabrın 1-də xəstəxanaya koma vəziyyətində çatdırılan Sahib İslamovun həyata qaytarılması üçün əllərindən gələni ediblər. İki aydan artıq çəkən müalicə nəticə verməyib. Bununla belə, onun xəstəxanadan çıxarılacağı barədə deyilənlər həqiqətə uyğun deyil. Xəstəxanadan deyilənlərə görə, xəstənin ailə üzvlərinə belə xəstələrin müalicəsinin başqa ölkələrdə daha effektiv müalicəsi olduğunu bildiriblər. Ancaq məcburi xəstəxanadan çıxarılması tələbi qoyulmayıb.
Ötən il noyabrın 1-də Avropa.info saytının müxbiri Sahib İslamovu Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yüksək sürətlə hərəkət edən avtomobil vuraraq yolun kənarına atıb. (Azadlıq Radiosu)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?