Bolqarıstan, Belçika və Albaniya vətəndaşları bəzi göstəricilərə görə Avropada birinci yeri tuturlar
Dünya İsveçin “Health Consumer Powerhouse” qeyri-hökumət təşkilatı tərəfindən aparılan araşdırmaya əsasən, Bolqarıstan, Belçika və Albaniya vətəndaşları həkimin gözləmə vaxtı və cərrahiyə əməliyyatının baş tutması tezliyi kimi göstəricilərə görə Avropada birinci yeri tuturlar.
Bolqarıstan Həkimlər Birliyinin sədri Tsvetan Rayçinov bu ölkənin xəstəxanalarında gözləmə siyahısının olmadığını və bolqarların qısa müddət ərzində şəxsi həkimlərin qəbuluna düşmək imkanının olduğunu bildirib.
Bir çox Avropa ölkələrində vətəndaşlar mütəxəssisin konsultasiyasını 3-4 ay gözləyirlər. Danimarkada bu rəqəm 6 ayadək uzana bilir.
Sorğu
Yeni dizaynımız necədir?