ANS TV bölgələrdəki müxbir və operatorlarını işdən azad edib. ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu tv-də çalışan opertaor İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarılıb.
Qeyd edək ki, işdən çıxarılmalar əvvəlcədən heç bir xəbərdarlıq edilmədən aparılıb. ANS-in bölgə əməkdaşlarına bu barədə məlumat onlar işdən çıxarıldıqları gün verilib.
Sorğu
Yeni dizaynımız necədir?