Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həqiqi hərbi xidmətdən müəmmalı şəkildə yoxa çıxıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Məhəmmədov hərbi xidmətdən yoxa çıxıb. Onun əsgərlikdən qaçdığı bildirilir.
Hazırda rayonun giriş-çıxışlarında hərbi postlar qurulub. Qaçan əsgərin axtarışlarına başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?