İcra başçısından şok sözlər: “Gəlsin görüm Ramil Usubov və ya Elman Məmmədov mənə nə edər. Nə istəsəm onu da edəcəm”
Abşeron rayonunun Pirşağı qəsəbəsində ara bərk qarışıb. Bunu bizə xəbər verən mənbənin dediyinə görə, Qızılqumda məskunlaşan Xocalı qaçqınları burada məskunlaşandan bəri yeməkxananı xeyir şər evi kimi istifadə ediblər. Xocalılar bu yeməkxananı öz güclərinə təmir ediblər ki, burada xeyirlərini şərlərini yola versinlər. Lakin Dağlıq Qarabağ İcmasının sədri olan Bayram Səfərov yeni iddia ilə ortaya çıxıb. O İddia edir ki, bu qəsəbəni alıb. Burada nə istəsə edəcək. Bu xeyir şər evini isə Şuşalılar üçün məktəbə çevirəcək. Bunu etməyə ona heç kim mane ola bilməz. “Gəlsin görüm Ramil Usubov və ya Elman Məmmədov mənə nə edər. Nə istəsəm onu da edəcəm” bu barədə xəbər verən mənbənin iddiasına görə bunu Dağlıq Qarabağ İcmasının sədri olan Bayram Səfərov deyib. Bu xəbər də ən maraqlı məsələ isə budur ki, dövlətin buraxdığı milyardlar hara gedir ki, Bayram Səfərov gəlib Xocalı qaçqınlarının xeyir şər evinə göz dikib. Bu pullar görəsən hara və kimin cibinə gedib. İndi burada məskunlaşan Xocalı camaatı da fikirləşirlər ki. görəsən Şuşalıların bizimlə nə düşmənçiliyi var ki, gəlib bizim xeyir şər evimizə göz dikiblər. Adları çəkilən hər bir şəxsin fikrini dinləyib yayımlamağa hazırıq
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?