Tovuzda mülki şəxs minaya düşüb. Tovuz rayonunun minaya düşən Qaralar kənd sakini kənd Mədəniyyət evinin müdiridir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1974-ci il təvəllüdlü Hidayət Müseyibov hazırda Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Partlayış nəticəsində o, ayaq barmaqlarından xəsarət alıb.
Hadisə dünən axşam saatlarında balta üçün sap qırmağa gedərkən çay sahilində baş verib. Hələlik onun barmağının amputasiya edilib-edilməyəcəyi dəqiq bəlli deyil.
***
09.33
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Ermənistanla həmsərhəd olan Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov düşmənlə sərhəddə yerləşən ərazilərə keçən heyvanlarının ardınca gedərkən minaya düşüb.
H.Müseyibov yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, sağ ayağının pəncəsi və barmaqlarındam ciddi xəsarət alıb və ayağının baş barmağının amputasiya ediləcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?