Baş Prokurorluqdan Sevinc Babayevanın ölümü barədə açıqlama Baş Prokurorluq Sevinc Babayevanın ölümü barədə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib. Dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?