Gənc qadının ölümü isə polis bölmələrində “şübhəli” olaraq qeydə alınıb
Türkiyə mediası Sevinc Babayevanın ölümü ilə bağlı yeni məlumatlar yayıb. “Qafqazinfo” həmin məlumatda yeni olan faktları təqdim edir.
İki ay əvvəl Türkiyədə ev kirayəyə tutub
Xəbərdə qeyd olunur ki, araşdırmaya başlayan polis Sevinc Babayevanın həyatı ilə bağlı maarqlı faktlar əldə edib. Sevinc Babayeva 2 ay əvvəl Kıraçta bir ev kirayələyib. Dekabrın 26-da anidən vəziyyəti pisləşən Sevinci binanın mühafizəçiləri xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Gənc qadının ölümü isə polis bölmələrində “şübhəli” olaraq qeydə alınıb.
İki pasport saxta kimlik
Sevinc Babayevanın üzərində 2 müxtəlif pasport və Məryəm Solmaz adlı saxta kimlik olub. Daha sonra qeyd olunur ki, Sevinc Babayeva Bakıda kitabxana müdiri işləyib və Azərbaycanda bir müddətdir müzakirəyə səbəb olan parlament seçkiləri üçün namizədlərdən yığılan rüşvət bazarlığında vasitəçi olub.
Bu gün ölkəsinə aparılacaq
Həmçinin xəbərdə qeyd olunur ki, 40 yaşlı Sevinc Babayevanın oğlu Ayxan Məmmədov xəbəri eşidən kimi İstanbula gedib və bu gün Babayevanın cənazəsi Azərbaycana aparılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?