GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şikayətçi nazirlə oteldə görüşdü - Keçmiş deputata 25 manat təqaüd

Şikayətçi nazirlə oteldə görüşdü - Keçmiş deputata 25 manat təqaüd

Tarix: 16-01-2014, 11:42 Bölmə :Ölkə Baxış: 553
Şikayətçi nazirlə oteldə görüşdü - Keçmiş deputata 25 manat təqaüd

1949-cu ildə Bakıda anadan olmuş Mesxeti türkü Səfiyyə Aslanlı pensiya təminatındakı problemlərin həlli üçün AzNews.az vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edib.

Erməni qəzəbi...


S.Aslanlı uzun illər Sənaye Nazirliyinin Dövlət Sənaye-Ticarət Konsernində işləyib: “1987-ci ildə bacım Semaşko xəstəxanasında yatırdı. Mən də onun yanında qalırdım. Ermənistandan ilk dəfə azərbaycanlıların qovulması həmin zaman başlamışdı.

Xəstəxanaya dəhşətli vəziyyətə salınmış insanlar gətirirdilər. Mən xəstəxanada gördüklərimi daha sonra iş yerində danışdım. İş yoldaşım Roza Babayan bu barədə o zamankı Kirov rayonunun birinci katibi Nersesyana xəbər verdi. Məni millətçilikdə, təxribat yaratmaqda, iş yerində mitinq təşkil etməkdə günahlandırıb işdən çıxartdılar”.

Amma bu işdən çıxarılma nə ilk, nə də son olub. Hüquqlarının bərpası üçün S.Aslanlı çox qapılar döyüb. Nə az, nə çox düz 5 dəfə işdən çıxarılıb və bərpa edilib. Ümumilikdə 2,5 il işsiz qalıb.

“İlyas İsmayılovun yolunu kəsdim”


Sonucu dəfə işdən çıxarıldıqdan sonra hüququnun bərpası üçün ona Moskvaya getməyi məsləhət görüblər: “Moskvaya getməzdən əvvəl, 1988-ci ildə respublika prokuroru İlyas İsmayılovla görüşdüm. İşə getdiyi yerdə yolunu kəsib məni qanunsuz olaraq işdən azad etdiklərini dedim. Amma bir nəticə olmadığını görüb, Moskvaya getmək qərarına gəldim”.

Boris Yeltsindən telefon zəngi...


S.Aslanlı Moskvada o zaman SSRİ rəhbərliyində təmsil olunan Boris Yeltsin tərəfindən qəbul edilib: “Boris Yeltsin də əvvəl ümumi sözlər danışırdı, məsələyə baxılacağını deyirdi. Çünki arada erməni məsələsi vardı. Amma söhbət əsnasında öyrənəndə ki, oğlum hərbi xidmətdədir, fikri tamamilə dəyişdi.

Konkret olaraq dedi ki, əsgər anası heç bir vəchlə işdən çıxarıla bilməz. Təcili olaraq telefonla Bakı şəhər Prokurorluğu ilə əlaqə yaradıldı. O zamankı şəhər prokuroru telefonda dedi ki, mənim çətin xasiyyətim var. Ancaq prokurora açıq şəkildə bildirildi ki, insanı küncə sıxışdıranda bütün xasiyyətləri üzə çıxar, ona görə də insanlarla normal rəftar etmək lazımdır.

Bundan sonra oğlumun harda hərbi xidmətdə olduğunu yoxladılar və mən Bakıya qayıdan kimi işə bərpa etdilər. İşləmədiyim 25 ilin əmək haqqı da mənə ödənildi”.

Keçmiş deputata 25 manat pensiya Hələ 20 yaşında ikən indiki Yasamal rayonunun yerli sovetinə deputat seçilən, 30 il stajı olan S.Aslanlı 1996-cı ildə təqaüdə çıxmaq üçün müraciət edib:



“Həmin il qərar çıxdı ki, 30 il iş stajı olanlar pensiyaya çıxa bilər. Mən də müraciət etdim, növbəti problem də bundan sonra başladı. Bütün sənədlər arxivə təhvil verilsə də, arxivdən əmək haqqı cədvəli tapılmadı. Bəzi sənədlər var idi, amma bu kifayət etmirdi.

Buna görə də həmin il təqaüdə çıxa bilmədim. Təkrarən 2006-ci ildə müraciət etdim, yenə də sənədlərin tapılması ilə bağlı problem yarandı. Konsern ləğv edilmişdi, bütün sənədlər dövlət arxivinə verilmişdi. Mənimlə bərabər işləyənlərin hamısının sənədləri orda idi. Bircə mənim sənədlərim yox idi.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun qəbulunda oldum. 30 il iş stajımın olduğunu, pensiya təminatındakı problemimi anlatdım. Mənə məhkəməyə müraciət etməyi məsləhət gördü. Nəhayət, 2006-cı ildə 30 ilin işçisi, keçmiş deputata cəmi 25 manat pensiya kəsildi”.

“Nazir məni Bakıya çağırdı”


Ardan keçən illər ərzində pensiyası artaraq hazırda 163 manat olub. Ancaq Səfiyə xanım bununla razılaşmayaraq, təqaüdünün yenidən hesablanmasını istəyir: “30 illik stajla 25 manat təqaüd almaq gülüncdür.

Pensiyamın yenidən hesablanmasını istəyirəm. Bununla bağlı dəfələrlə müraciət etmişəm. Ancaq hələ də heç bir nəticə yoxdur. Bundan başqa 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün pensiyaçılara 170 manat ödənilməlidir.

Sənədlərdə deyilir ki, bu pul təqaüdçülərə ödənilib. Ancaq şəxsən mən bu pulu almamışam. Bilirəm ki, başqa pensiyaçılar da almayıb”.

Hazırda Türkiyədə yaşayan S.Aslanlı problemin həlli üçün bir zamanlar fond rəhbəri kimi müraciət etdiyi Səlim Müslümova bu dəfə də nazir kimi üz tutub. S.Müslümovla Ankaradakı “Mariot” otelində görüşsə də, yenə də müsbət nəticə əldə edilməyib:

“Səlim Müslümovun Ankarada olduğunu eşidib otelə getdim. Məni Bakıya dəvət etdi. Dedi ki, gəl Bakıda problemi həll edəcəyəm. Nazirin sözünə arxalanıb Bakıya gəlmişəm. Ancaq bir aydır ki, Səlim Müslümovun qəbuluna düşüb onunla görüşə bilmirəm. Dəfələrlə müraciət etmişəm, ancaq görüş mümkün olmur. Əgər nazir məni qəbul edə bilməyəcəkdisə, o zaman niyə Bakıya çağırırdı?”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45

  • 
  • Səlim Müslümov daha bir məmuru işdən azad etdi

    Səlim Müslümov daha bir məmuru işdən azad etdi ...

    21-11-2013, 01:39

  • 
  • Mirşahin Səlim Müslümova cərrah dedi (VİDEO)

    Mirşahin Səlim Müslümova cərrah dedi (VİDEO) ...

    15-12-2013, 23:26

  • 
  • Nazir Səlim Müslümov işdən çıxarıldı

    Nazir Səlim Müslümov işdən çıxarıldı ...

    7-10-2015, 12:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu