Bu gün saat 12 radələrində Bakının Yasamal rayonunda Parlament prospektində polis əməkdaşları ilə vətəndaş arasında insident olub. Parlament küçəsi 1 ünvanında post patrul xidmətinin 2 əməkdaşı bank işçisi olduğu bildirilən Abıyev Anarı döyüb.
Hadisə AzNews.az əməkdaşının və yaxınlıqdakı “Suqar” kafesinin işçilərini gözü qarşısında baş verib. AzNews.az əməkdaşı hadisə yerindən xəbər verib ki, A.Abıyev yolu keçiddən keçmədiyinə görə təzyiqlərə məruz qalıb. Polis əməkdaşları ona yaxınlaşaraq, sənəd tələb edib. Laki A.Abıyev sənədinin üstündə olmadığını, gözləyəcəkləri təqdirdə evdən şəxsiyyət vəsiqəsinin gətiriləcəyini bildirib.
Yolu keçiddən keçmədiyinə görə, qanuna müvafiq qaydada cərimələnməsini istəyən Anar Abıyevin bu tələbinə məhəl qoyulmayıb. A.Abıyevi təhqir edən polislər onun mobil telefonunu əlindən alaraq yerə çırpıb, özünü isə yerdə sürütləyiblər. Polis əməkdaşları A.Abıyevə güc tətbiq edərək onu post-patrul maşınına mindirməyə çalışıblar. Polis bu zaman insidentin və polisin şəxsə qarşı zorakılığının səbəbi ilə maraqlanan AzNews.az əməkdaşına qarşı da kobud davranıb. Şəxs PPX maşını ilə polis bölməsinə aparılıb, ancaq polis əməkdaşları onun hansı polis bölməsinə aparılması barədə AzNews.az-ın əməkdaşının sualını cavablandırmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?