Ötən gün saat 14:08 radələrində Bakının Qaradağ rayonunda 28 yaşlı qadın döyülüb. Rayon Polis İdarəsinin 38-ci polis bölməsindən verilən məlumata görə, hadisə Qızıldaş qəsəbəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Aynurə Quliyeva daş karxanası yaxınlığında qəfil hücuma məruz qalıb. Qadına zor tətbiq edilib. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.
Aynurə Quliyevaya ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qadına hücum edən şəxsin kimliyi araşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?