GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » BSU tələbəsi təhsilini yarımçıq qoyub Suriyaya döyüşə yollandı

BSU tələbəsi təhsilini yarımçıq qoyub Suriyaya döyüşə yollandı

Tarix: 16-01-2014, 13:05 Bölmə :Ölkə Baxış: 661
BSU tələbəsi təhsilini yarımçıq qoyub Suriyaya döyüşə yollandı


O, Bakı Slavyan Universitetinin (BSU) 4-cü kurs tələbəsi idi. Arzusu tərcüməçi olmaq idi. Elə bu səbəbdən də universitetin tərcümə (polyak-azərbaycan-dili) fakultəsini seçmişdi.

Amma təhsilini başa vura bilmədi. Valideynlərinin də onunla bağlı arzuları gözlərində qaldı. Böyüdüb boya-başa çatdırdıqları, ali məktəbə daxil olanda sevincdən özlərinə yer tapa bilməyən valideynləri universieti bitirər-bitirməz bu xəbəri aldılar. Neçə-ananın gözünü yaşlı qoyan bu xəbəri. Onlarla gənc kimi o da bu yolu seçmişdi. Artıq camaat arasında gedər-gəlməz adlandırılan, gəncləri bu həyatdan zövq almadan ölümə aparan Suriya yolunu....

Təhsilini yarımçıq qoyan tələbənin izi ilə...


Movqe.az-a BSU-nun 4-cü kurs tələbəsi Əhmədov Tural İsmayıl oğlunun universitetdə təhsilini yarımçıq qoyaraq Suriyaya, döyüşlərə yollandığı barədə məlumat daxil olan kimi araşdırmalara başladım. Məlumatın həqiqətəuyğun olub-olmadığını dəqiqləşdirmək üçün bizə yeganə kömək edəcək mənbə elə BSU idi. Odur ki, ilk öncə universitetlə əlaqə saxladıq.

Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev Movqe.az-a açıqlamasında Tural İsmayıl oğlu Əhmədovun vaxtıilə BSU-nun tələbəsi olduğunu təsdiqlədi. T. Əhmədov bildirdi ki, T. Əhmədov 2013-cü ilin aprel ayınadək universitetin polyak-azərbaycan-dili fakultəsinin tələbəsi olub. Elə həmin tarixdən sonra universitetə, dərslərə gəlmədiyindən dərsləri 30 faiz buraxdığından universitetdə təhsili yarımçıq qalıb:

" Qaydalara görə, tələbə 30 faizdən yuxarı dərs buraxırsa universitetdən xaric olunur. Tural çox dərs buraxdığına görə, universitetdən xaric olunub. Bizdə olan məlumat bu qədərdir. Onun universitetdə təhsilini yarımçıq qoyduqdan sonra hansı işlə məşğul olduğu barədə məlumat yoxdur”.

Universitetdən Turalın Suriyaya getdiyini təsdiqləyən faktı əldə edə bilmədiyimizdən onu vaxtıilə universitetdə birgə oxuduğu keçmiş tələbə yoldaşları ilə əlaqə saxlamağa cəhd etdik. Çünki, Turalın təhsil aldığı orta məktəbdən, 264 saylı orta məktəbdən onun validynlərinin yaşadığı ünvanı heç cürə dəqiqləşdirə bilmədik. Məktəb direktoru qəti şəkildə Turalın valideynlərinin ünvanını bizə verməkdən imtina etdi. Yeganə ümid yerimiz Turalın dostlarını tapıb onlarla söhbətləşmək idi. Kiçik araşdırmadan sonra onun vaxtıilə universitetdə birgə oxuduğu yoldaşları ilə təmasa keçə bildik.

"Hamımız onu tərbiyyəli, başıaşağı uşaq kimi tanıyırdıq"


Adının çəkilməməsi şərti ilə Movqe.az-a danışmağa razılıq verən Turalın keçmiş tələbə yoldaşı bildirdi ki, hazırda dostları, vaxtıilə Turalla birgə oxuyan yoldaşları da ondan nigarandırlar: "Tural Tərcümə fakultəsinin 403-cü qrupunun ən nümunəvi tələbəsi idi. Hamımız onu tərbiyyəli, başıaşağı uşaq kimi tanıyırdıq. Bilirdik ki, namaz qılır. Hətta dərs fasilələrində də imkan edib namaz qılırdı.

Eşitmişdik ki, idmana da gedirdi. Elə evə qayıtmadığı gün də, idmana getdiyini deyib evdən çıxıb. Onun el arasında vəhabi adlandırılan təriqət üzvülərinə qoşulduğu barədə məlumatlar eşidirdik. Elə dərsə də üzü tüklü gələrdi. Dekan israr etdikdən sonra üzünü təmizləyərdi. Bir gün eşitdik ki, Tural evə getməyib. Türkiyəyə, oradan da Suriyaya yollanıb. Bu xəbər bizi də təsirləndirdi. Onun hansı səbəbdən bu yolu seçdiyini deyə bilmərik. Bircə onu bilirik ki, Tural könüllü şəkildə Suriyaya gedib”.

"Qaysaq bağlamış yaramı niyə qopardırsız”


Turalın dostları ilə sağollaşıb onun valideynləri ilə əlaqə saxlamaq üçün etdiyimiz cəhdlər uğurlu alındı. Turalın anası Şəlalə xanımla əlaqə qurmağa müvəffəq olduq. Sözün açığı oğlunu aylardır ki, görə bilməyən ananın qaysaq tutmuş yarasını qoparmaq, onun yarasını təzələmək çox çətin idi. Bəlkədə oğlu ilə bağlı xəbər gələcəyini gözləyirdi telefonda. Amma Turalın anası ilə bağlı danışmaq məcburiyyətində idim.

Telefonun zəngimcellinə qoyulan kədərli melodiya yarımçıq kəsilir. Telefonun o başından gələn zəif səs oğlunun adını eşitdikdə əvvəlcə kəsilir. Daha sonra xanım Turalın anası olduğunu təsdiqləyərk bizdən Turaldan "xəbər var” deyə soruşur: "Siz kimsiniz, oğlumu hardan tanıyırsınız? Bəlkə ondan bir xəbər var demirsiniz?”.

Ananın ağlayaraq verdiyi suallar qarşısında verəcəyim sualları bir anlıq unutsam da, çıxış yolunu ona təskinlik verməkdə tapıram. Jurnalist olduğumuzu öyrənən ana əvvəlcə "qaysaq bağlamış yaramı niyə qopardırsız”deyə narazılıq etsə də danışmağa razılıq verir:

"Balam 10 aydır ki, yoxdur"


"Doğru xəbərdir balam 10 aydır ki, yoxdur. 10 aydır ki, bağrıma daş basıb oturub onun yolunu gözləyirəm. 10 aydır ki, gözlərim yollarda balamı gözləyirəm. 22 ildir ki, böyüdüb boya-başa çatdırdığım balamın qoxusunu evdə qoyub getdiyi paltarlarından alıram. Bilmirəm sən də anasan yoxsa yox. Əgər anasansa baladan ayrı qalmağın ana üçün nə demək olduğunu gərək ki, anlayasan. Mənim balam ötən ilin aprel ayının 1-dən evdən çıxıb bir daha geri qayıtmayıb. Evdən gedəndə idmana gedirəm ana dedi. Axşam saat 11 oldu geri qayıtmadı.

Telefonuna zəng etdik cavab gəlmədi. Anayam axı dəli oldum ki, bəlkə balamın başına bir iş gəlib. Tez polisə məlumat verdim. 5-6 gün xəbər çıxmadı balamdan. Baxdım ki, xarici pasportunu götürüb özü ilə. Bir gün zəng gəldi telefona. Tural idi. Dedi ki, ana mən artıq Türkiyədəyəm. Gürcüstan vasitəsilə sərhədi keçib Türkiyəyə gedibmiş. Soruşdum bala orda neyniyirsən? Axı sən tələbəsən dərslərin yarımçıq qalıb. Dedi ki, ana haqqını halal elə. Mən Suriyaya döyüşməyə gəlmişəm. Cihada.

Çox yalvarıb-yaxardım. Dedim ki, sənə haqqımı halal etmərəm geri dön evimizə. Dedi ki, mümkün deyil, geri dönməyim. Telefonda nə qədər ağlayıb, yalvarıb-yaxardımsa xeyiri olmadı. Telefonu bağladı. Ondan sonra bir müddət yenə əlaqə kəsildi. Arada skayp vasitəsilə əlaqə saxladı. Dedi ki, təlim bölgəsindədir. Təlim keçirlər. Özü də deyirdi ki, təlim bitdikdən sonra Suriyaya gedəcəyindən əlaqə saxlamaq mümkün olmayacaq. Neçə aydır ki, səsini belə eşitmirik.

Bilmirik hardadı, ölüdü, sağdı xəbərimiz yoxdur. İnterpola da axtarışa vermişik. İndi bircə arzum var. Balamın yerini öyrənib onun yanına gedib boynuna sarılmaq. Bəs deyincə qoxusunu içimə çəkmək. Atası ilə onun həsrətindən əriyib kül olmuşuq. Gözümüz yolda qalıb qulağımız səsdə. Allah uzaq eləsin. Suriyada döyüşlərdə nə qədər azərbaycanlı gənclər ölür. Neçə-neçə ananın gözü yaşlı qalıb. Baxın indi mən də o analardan biriyəm. Onlardan bircə fəqrim oğlumun ölü yaxud diri olmasından xəbərsiz olmağımdır. Burdan, sizin sayt vasitəsilə oğluma səslənirəm.

Əgər məni, atanı az da olsa sevirsənsə, bizim haqqımızı boynunda hiss edirsəndə geri dön, evinə dön Tural, yalvarıram sənə. Əziz balam sən ölümlə üz-üzə durduqca biz evimizdə rahat çörəyimizi yeyib yata bilmərik, bunu başa düş. Sən cihad deyib Suriyaya gedəndə cənnətin anaların ayaqları altında olduğunu, ana-atanı incitməyin Allah yanında xoş qəbul olunmadığını dərk etmədinmi inanclı balam? Axı ata-anadan hallalıq almadan getmək, onların gözünü yolda intizarda qoymaq Allaha xoş gedən bir hərəkət deyil oğlum. Sənin beşiyinin başında lay-lay çalan, böyüdüb barını dərəcəyini gözləyən ananın haqqını beləmi verərələr?

Səninlə bağlı o qədər arzularım vardı ki. Universiteti bitirdikdən sonra qardaşın kimi işləyəcəyini düşünürdüm. Toyunu düşünürdüm. Vətən qarşısında borcunu yerinə yetirəcəyini düşünürdüm. İndi bütün bunları düşünə-düşünə yolunu gözləyirəm. İnanıram ki, ananın gözünü yollarda naümid qoymayacaqsan. Heç olmasa yerini de bircə dəfə gəlib görüm səni”.

"Onlar başdan çıxartdı balamı"


Şəlalə xanımın ağlayaraq dediyi bu sözləri dinlədikdən sonra Turalın Suriyaya getməzdən əvvəl belə bir fikrdə olduğu barədə ailəsinə bir söz deyib-demədiyini soruşuram. Şəlalə xanım deyir ki, Tural heç vaxt belə bir fikirdə olduğunu ailəsinə deməyib: "İdmana gedirdi. Orada vəhabi dostlarının olduğunu eşitmişdim. Onlar başdan çıxartdı balamı. Elə bilirsiniz onların göz yaşlı qoyduğu təkcə mənəmmi?. Bir qadın vardı tez-tez zəngləşirdik. O da mənim dərdimdə idi. Onun da oğlunu vəhabi dostları başdan çıxardaraq Suriyaya yola salmışdı. (səsi qırılır, daha sonra telefonun o başından hönkürtü səsi gəlir).

"Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə”


Şəlalə xanım deyir ki, ali savadlı dil-ədəbiyyat müəlliməsidir: " Bu artıq cəmiyyətin bəlasına çevrilib. Gənclərimizin şüurunu işğal edib Suriyaya istiqamətləndirirlər. Beləcə neçə-neçə ana mənim kimi gözüyaşlı qalıb. İndi mənim bircə istəyim var. Heç olmasa oğlumun yerini öyrənib desinlər bircə dəfə gedib onu görüm. Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə.” .
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kafedra müdirinin 17 yaşlı tələbəsi ilə sevgi macərası

    Kafedra müdirinin 17 yaşlı tələbəsi ilə sevgi ...

    11-02-2016, 19:28

  • 
  • BDU-nun 1 tələbəsi “Murtuz Ələsgərov” təqaüdü alacaq

    BDU-nun 1 tələbəsi “Murtuz Ələsgərov” təqaüdü ...

    24-12-2012, 12:39

  • 
  • Bakıda universitet tələbələri qəzaya düşdü – Ölənlər var

    Bakıda universitet tələbələri qəzaya düşdü – ...

    16-03-2015, 18:41

  • 
  • Bakıda universitetdə dava - suriyalı tələbə döyüldü

    Bakıda universitetdə dava - suriyalı tələbə ...

    4-11-2015, 20:13

  • 
  • Universitetdə Jurnalistika fakültəsi ləğv edildi

    Universitetdə Jurnalistika fakültəsi ləğv edildi ...

    8-02-2016, 14:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu