GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputat hərbi həkim komissiyalarından imtinaya çağırır

Deputat hərbi həkim komissiyalarından imtinaya çağırır

Tarix: 16-01-2014, 17:25 Bölmə :Ölkə Baxış: 782
 Deputat hərbi həkim komissiyalarından imtinaya çağırır
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin təkrar müayinədən keçirilməsi ordudakı mənfi halların qarşısını alacaq.
Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalarda təkrar yoxlanışdan keçiriləcək. Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

“Media forum” saytına danışan Zahid Oruc bildirib ki, müdafiə nazirinin əmrini yüksək qiymətləndir. Onun fikrincə, əsgər intiharlarının, əsgərlər və əsgərlərlə zabitlər arasında münaqişələrin əsas səbəblərindən biri hərbi xidmətə yararlı olmayan gənclərin orduya cəlb olunmasıdır: “Çağırışçının səhhətində problemlər olduğunu bildikləri halda onu orduya aparırlar. Əgər orduya xəstə, problemləri olan şəxslər cəlb edilirsə, bu, ordudakı mənəvi-psixoloji və fiziki şəraitə təsir göstərməklə bərabər ordunun bütövlükdə sağlamlıq durumu haqqında mənfi rəy formalaşdırır, müxtəlif şərhlərə şərait yaradır. Ona görə də ordu sağlam şəxslərin xidmət elədiyi bir məkan olmalıdır. Sağlam ordu dövlətin təhlükəsizliyini və millətin müdafiəsini təmin edir. Ordu sağlam insanlardan təşkil olunmasa, əsgərlər sadəcə öz sağlamlıqları uğrunda çarpışacaq, əsas gücləri də özlərinə gedəcək. Hər kəs bilir ki, əsgər ilk olaraq psixoloji varlıqdır. Fiziki göstəricilər, bilik səviyyəsi, hansısa texnikanı mənimsəməsi, təlimlərə yanaşması və yoldaşları ilə davranışı sonrakı yerdə gəlir”.

Komitə üzvü hesab edir ki, hazırkı şəraitdə əsas məsələ orduda xidmət edən əsgərlərin sayı deyil: “Ordunun gücü onun yüz iyirmi və ya yüz otuz min əsgərdən ibarət olmasında deyil. Əsgərin sayını bu qədər artırmaq da olar, amma orduda müxtəlif xəstəlikləri daşıyan əsgərlər xidmət edirsə, sağlam olan əsgərləri də hansısa səviyyədə yoluxdurursa və yaxud da onların mənəvi aləminə mənfi təsir göstərirsə, bütün əziyyət hədər gedir, görülən tədbirlər nəticəsiz qalır. Ordu say gücü ilə öyünə bilməz. Ən güclü ordu yüksək sağlamlığa və peşəkarlığa, keyfiyyətə malik ordudur”.

Müdafiə nazirinin yeni əmrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etimadsızlıq kimi qiymətləndirilməsinə gəlincə, Zahid Oruc bildirib ki, heç bir etimadsızlıqdan söhbət gedə bilməz: “Hər birimiz etiraf eləyirik ki, müxtəlif şəxslər çağırışa yararlı olmadıqları halda orduya cəlb olunurlar. Baxmayaraq ki, həmin çağırışçılar, valideynləri buna etiraz edirlər. Belə faktların olduğu inkar edilmir. Bəs bunu hansı formada aradan qaldırmaq olar? Öncə, hərbi xidmət və hərbi vəzifə haqqında qanunun tələblərinə görə, şəxslərin hələ orta məktəb illərindən tibbi durumu haqqında informasiya bankı yaradılmalıdır. Əgər həmin insanların məlumat bankında yararsız olmaları haqqında məlumat varsa, bunun əsasında dövlət onların müalicəsinin qayğısına qalmalıdır. Kimsə deyə bilər ki, bu, həddən artıq maliyyə yüklü proqramdır və qanunun müddəası büdcənin daha çox resursunu bu sahəyə yönəltməyə əsas verə bilər. Amma bizim başqa alternativimiz yoxdur. Həmin norma başqa ölkələrdə də var. Biz hərbi həkim komissiyalarından imtina edərək hərbi klinikalar və poliklinikalar yaradaraq hər bir şəxsin xidmətə yararlığını daha yüksək səviyyədə ortaya qoya bilərik. Bunun tabeçilik baxımından hərbi səfərbərlik idarəsinə, yoxsa Müdafiə Nazirliyinə və ya digər quruma aid olmağı çox az önəm daşıyır. Əsas məsələ şəxslərin fiziki durumunu və sağlamlıq şəraitini müəyyənləşdirməkdir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müdafiə Nazirliyi çağırışçıların təkrar yoxlama məsələsinə aydınlıq gətirdi

    Müdafiə Nazirliyi çağırışçıların təkrar yoxlama ...

    17-01-2014, 10:20

  • 
  • Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi

    Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi ...

    15-01-2014, 16:17

  • 
  • Çağırışçılar təyin olunduqları hərbi hissələri internet vasitəsilə öyrənəcəklər

    Çağırışçılar təyin olunduqları hərbi hissələri ...

    25-06-2013, 13:43

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Əsgərlər niyə buraxılmır?

    Əsgərlər niyə buraxılmır? ...

    8-07-2015, 08:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu