GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müdafiə Nazirliyi çağırışçıların təkrar yoxlama məsələsinə aydınlıq gətirdi

Müdafiə Nazirliyi çağırışçıların təkrar yoxlama məsələsinə aydınlıq gətirdi

Tarix: 17-01-2014, 10:20 Bölmə :Ölkə Baxış: 718
 Müdafiə Nazirliyi çağırışçıların təkrar yoxlama məsələsinə aydınlıq gətirdi
Vaqif Dərgahlı: “Təkrarən yoxlanılan çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar ”
Səfərbərlik Xidməti vərəmli və psixi problemli çağırışçıları orduya göndərməkdən çəkinmir
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Mətbuat Xidməti gənc çağırışçıların yenidən yoxlanacağı haqda məlumat yaydı. Təkrar yoxlamanı Səfərbərlik Xidməti ilə Müdafiə Nazirliyi arasında narazılıqların varlığını sübut edən məqam kimi qiymətləndirənlər də, bu addımın vacib olduğunu vurğulayanlar da oldu. “Yeni Müsavat” əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlıya aşağıdakı məzmunda yazılı sorğu ilə müraciət etmişdi:

- Hörmətli Vaqif müəllim. Bu sorğunu sizə ünvanlamaqla, rəhbəri olduğunuz xidmətin 11 yanvar 2014-cü ildə yaydığı məlumatda qeyd edilən bəzi məqamlara aydınlıq gətirmənizi xahiş edirəm.

Yaydığınız məlumatda deyilir ki, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan tibbi komissiyalarda təkrar yoxlanacaq, xəstəliyi aşkar edilən çağırışçılar geri qaytarılacaq. Bəllidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların sağlamlıq durumu tibbi komissiyalar tərəfindən yoxlanır. Belə olduqda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin yoxlanması hansı zərurətdən yaranır? Sorğumuza qısa müddətdə cavab verəcəyinizə ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk.

Sorğumuz Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən cavablandırılıb:

- Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir.

Diqqətinizə çatdırım ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.
Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib.

* * * *
Sorğuya verilən cavabdan aydın olur ki, təkrar yoxlama nəinki zəruridir, hətta vacibdir. Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır.

Xatırladaq ki, “Doktorina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı son məlumatda 2012-ci ilin yanvarından bu günədək Azərbaycan Ordusunun 150-yə yaxın hərbçini itirdiyi qeyd olunur. Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə alınıb: “84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir”.

2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub:

“İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır”.

Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.

Yanvarın 13-də baş verən bir başqa ölüm olayı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında qeydə alınıb. Penitensiar xidmət hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirsə də, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. Müdafiə Nazirliyinin hərbi hissələrində son iki ildə baş verən ölüm faktlarının 140-dan çoxu sabiq müdafiə naziri Səfər Əbiyevin, 6-sı yeni nazir Zakir Həsənovun dövrünə təsadüf edir.
Əbiyev dövründə Müdafiə Nazirliyi bir çox hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə vəfat etdiyini əsas gətirərək «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin statistikasını hər zaman şübhə altına alıb və bunu «şişirtmə» rəqəmlər kimi qiymətləndirib. Acı statistikadan göründüyü kimi qeyri-döyüş itkiləri döyüş itkilərini qat-qat üstələyir. Bunun əsas səbəbinin xəstə çağırışçıların orduya göndərilməsi də şübhə doğurmur. Bu baxımda müdafiə nazirinin verdiyi son əmri yalnız alqışlamaq olar. Ümid edirik ki, ölkə rəhbərliyi Səfərbərlik Xidmətində baş verənlərə nəhayət ki, diqqət ayıracaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çağırışçıların daşınması üçün yeni avtobuslar alındı- FOTO

    Çağırışçıların daşınması üçün yeni avtobuslar ...

    11-02-2014, 14:43

  • 
  • Çağırışçıların hərbi xidmətə başlama tarixi dəişdirilir

    Çağırışçıların hərbi xidmətə başlama tarixi ...

    19-11-2013, 12:42

  • 
  • Vaqif Dərgahlı: “Azərbaycan Ordusu itki verməyib”

    Vaqif Dərgahlı: “Azərbaycan Ordusu itki verməyib” ...

    27-04-2016, 13:21

  • 
  • Müdafiə Nazirliyi ermənilərin yaydığı səs yazısına münasibət bildirdi

    Müdafiə Nazirliyi ermənilərin yaydığı səs ...

    27-04-2016, 17:11

  • 
  • Müdafiə Nazirliyi: Cavab zərbələri çox sərt olacaq

    Müdafiə Nazirliyi: Cavab zərbələri çox sərt olacaq ...

    5-04-2016, 00:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu