Gəncə Dövlət Universitetinin keçmiş rektoru, filologiya elmləri doktoru, professor Yadigar Əliyev mətbuata müraciət qəbul edib. Dia.az-ın yaydığı müraciətdən belə anlaşılır ki, keçmiş rektor son günlər bir sıra mətbu orqanlarda barəsində yayılan doğru olmayan xəbərlərdən narahat olub. Yadigar Əliyevin müraciətini diqqətinizə təqdim edirik:
“Bəzi kütləvi informasiya vasitələrində mənim Gəncə Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımla əlaqədar müxtəlif materiallar yayımlanır.
Mən, 18 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev cənablarının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olunmuşam. Dekabr ayının 18-də isə səhhətimlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım üçün ərizə ilə müraciət etmişəm.Cənab Prezident də mənim ərizəmi nəzərə alaraq tutdugum vəzifədən azad olunmağım üçün müvafiq sərəncam vermişdir. Hazırda Gəncə Dövlət Universitetinin professoru kimi elmi və pedaqoji fəaliyyətimi davam etdirirəm.
Azərbaycan Respublikasının Prezidenti,möhtərəm İlham Əliyev cənablarına mənə göstərdiyi böyük etimad və yüksək diqqətə görə dərin təşəkkürümü bildirirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?