Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Təhsil Nazirliyi rektorun öz ərizəsilə işdən getdiyini bəyan etsə də, buna inanmayanlar da var. Modern.az saytına daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının Sumqayıt Dövlət Universitetində yoxlamaya başlayıblar. Təhsil Nazirliyindəki mənbədən bildirilib ki, keçmiş rektorun keşmiş fəaliyyəti barədə qaranlıq məqamlar var və yoxlama həmin məqamlara işıq salmağa çalışacaq.
Qeyd edək ki, Nadir Qəhrəmanov 31 may 2000-ci il tarixdən dünənədək Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. 13 il rektor vəzifəsində çalışmış Nadir Qəhrəmanovun işi ilə bağlı birmənalı fikir yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?