Bu başlıqla yazmaq bir az təəssüfləndirir, bir az utandırır. Ən çox da yaraları qanadır. Amma nə etmək olar ki, vəziyyət budur.
Səhər durub "Facebook" səhifəmə baxanda ən çox gördüyüm paylaşımdan biri “el qızı” Aşıq Tellinin 20 yanvar faciəsi günündə televiziya kanallarının birində yayımlanan verilişin müxbirinə dediyi: - “Mən burada deyiləm, Masallıda, toydayam” cümləsi məni şoka saldı. Oxuduğum xəbərin dərinliyinə getməyəcəyəm.
Əminəm ki, xəbəri oxuyan hər kəsdə birmənalı olaraq utanc hissi yaranıb. Bax, bu hissi ötən il nə az, nə çox , yerli ulduzlarımız mənə tam iki dəfə yaşatmağı bacarıblar. Bunlardan birincisi Xalq artisti Məleykə Əsədovanın Şuşanın işğalı günündə aparıcının “necəsiz” sualına “Çox xoşbəxtəm, bu gün hər yerdə bayramdır, hamı bayramı qeyd edir. Hər yerdə konsertdir, bu gözəldir” deməsi olub. Verilişin aparıcısı müğənni Elnarə Xəlilovanın “Bu gün Şuşanın alınması günüdür” sözləri isə “xalqın artistini” əməllicə pərt eləmişdi. İkinci dəfə isə məni və azərbaycanlıları utandıran xanım “gündəmin əsas ulduzu” Günay İbrahimli oldu.
Belə ki, gənc xanım 23 avqust 2013-cü ildə füzulililər və cəbrayıllıların doğma yurd-yuvalarından didərgin düşmələrinin 20 ili tamam olduğu gündə verilişdə əməlli-başdı şadyanalıq etməsi idi. Bəli, Füzulidən didərgin düşənlər o gün qara günlərini yad edirdilər. Füzulidə doğulan populyar müğənni isə toy-bayramdan sonra verilişdən olan fotolarını “Instaqram” səhifədində paylaşmaqdan da çəkinməyib. Bütün bunlardan sonra isə xatırlayanda ki, Türkiyənin meqa-starı Tarkanın Xocalı həftəsində Bakıda və Qəbələdə keçiriləcək konsertlərini təxirə salmışdı bu “ulduz”larımızı lap yerin dibinə soxmaq gəldi içimdən. Amma nə etmək olar ki, bizim bu xanımcanlar ya bu günləri xatırlamır, ya da önəmsiz sayırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?