“Partiyadan istefamı Azərbaycan mediası geniş şəkildə işıqlandırdı. Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri də prosesləri izləyirlər. Onlar mənim Müsavat Partiyasının üzvü olmadığımı bilirlər və məntiqlə onlar mənə müraciət edə bilməzdilər”.
Bu sözləri Müsavat partiyasının keçmiş üzvü Yeganə Hacıyeva İsa Qəmbərin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüdə iştirak etməməsində günahlandırılmasına cavab olaraq “Axar.az”a bildirdi.
Y.Hacıyeva bu ittihamları birmənalı olaraq qəbul etmədiyini və belə xəbərin yayılmasının səbəbini bilmədiyini də dedi.
Xatırladaq ki, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin ölkənin aparıcı müxalifət partiya liderləri ilə görüşündə Müsavat başqanı isa Qəmbər iştirak etməyib. Məsələ ilə bağlı Müsavat Partiyasından “Qafqazinfo”ya bildirilib ki, AŞPA-nın Bakı ofisinindən dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb.
Qeyd edək ki, Müsavat Partiyasının xarici məsələlər üzrə müşaviri Yeganə Hacıyeva bu yaxınlarda partiyadan istefa verib. O, istefasının səbəbini partiyanın Milli Şuradan çıxması ilə əlaqələndirib. Yaxın zamanlarda partiyanın heç bir vəzifəli funksionerinin istefa vermədiyini nəzərə alsaq, o zaman ehtimal edilir ki, Müsavat Partiyasının dəvətlə bağlı ittiham etdiyi tərəf Yeganə Hacıyevadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?