“Müsavat Partiyasının Milli Şuradan ayrılması haqqında qərarı gözlənilməz deyildi. Bu haqda Müsavat Partiyasının rəhbərliyində danışıqlar gedirdi. Bununla bağlı partiyalara da, siyasi qurumlara da müttəfiqlik təklif edilirdi ki, Milli Şuradan çıxarkən tənqidlərə məruz qalmasınlar”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının keçmiş müşaviri, Milli Şuranın üzvü, Yeganə Hacıyeva Müsavat Partiyasının Milli Şuradan ayrılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, təmsil olunduğu partiyadan istefası da birmənalı olaraq, Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı olub.
Y. Hacıyeva bildirib ki, bu qərar partiyada birmənalı qarşılanmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?