İlham Pirməmmədov təhsildə “Nurçular” hərəkatının başçısıdır. Bu xəbər «Gündəm xəbər»ə daxil olan məlumatdandır. Daxil olan məlumatda Təhsil Nazirliyinin sabiq aparat rəhbəri İlham Pirməmmədovun Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovla əlaqələri və nurçulara verdiyi dəstəkdən söz açılır. Xəbər verən mənbə iddia edir ki, İlham Pirməmmədov təhsildə “Nurçular” hərəkatını dəstəkləyən və orta məktəb direktorlarını, təhsil şöbələrini çağ öyrətim mərkəzlərinə istiqamətləndirən birinci şəxsdir. Məhz onun təklifi ilə çağ öyrətim mərkəzləri məktəb direktorlarına televizorlar, müxtəlif ofis mebelləri, kitablar, qiymətli əşyalar hədiyyələr vermişlər. Bu prosses təhsildə 10 ildən çoxdur ki, həyata keçir. Həmçinin xəbər qaynağımız bildirir ki, İlham Pirməmmədov Elnur Aslanovla tələbələrin Türkiyəyə göndərilməsindən tanışdılar. Elə ona görədir ki, Nurçular hər ay İlham Pirməmmədova məktubla 1000 amerika dolları pul verirlər. Xatırladaq ki, İlham Pirməmmədov əvvələr Təhsil Nazirliyində uzun müddət aparat rəhbəri işləmiş və qanunsuz tələbə köçürmələri ilə məşğul olmuşdur. İlham Pirməmmədov hal-hazırda təhsil nazirinin müşaviridir. Eyni zamanda Təhsil Nazirliyində işləyən bir qrup köhnə işçilər “Nurçuluq” hərəkatını dəstəkləyənlərdir. RÜFƏT
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?