Binəqədi polis şöbəsi: "Səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı getməzdin”
Yanvarın 17-də, axşam saat 18-19 radələrində hakimiyyətə yaxın Azad İsgəndərov adlı işbazın qoçuları və "Riyad” Mühafizə Xidmətinin əməkdaşları, Laçının müdafiəsi uğrunda döyüşlərdə ağır yara almış, Qarabağ müharibəsi qazisi Niyaz Əmiraslanova hücum çəkərək onu döyüblər. Bu zorakılıq və vandalizm aktı nəticəsində Qarabağ qazisi və Böyük Vətən müharibəsi veteranı olan atası Vəli Əmiraslanov da bədən xəsarətləri alıb. Baş vermiş hadisə ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə səbəb Azad İsgəndərovun apardığı tikintinin Qarabağ qazisinin evinə gedən yolunun kəsməsinə etiraz etməsi olub. Fiziki zorakılığa məruz qalan qazi Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərkən, təhqiqatçı Natiq Təhməzovun "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı getməzdin” deməsi ona döyülməkdən daha pis təsir bağışlayıb. Görünən budur ki, hələ də, bir ay bundan əvvəl belə münasibətlə üzləşməsi səbəbindən özünü yandırmaq həddinə gələn Zaur Həsənovun intihar etməsi çoxlarını yatdığı qəflət yuxusundan oyatmayıb. Mövzunu diqqətdə saxlayacağıq
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?