GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı? SKANDAL

Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı? SKANDAL

Tarix: 23-01-2014, 16:46 Bölmə :Ölkə Baxış: 950
Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı? SKANDAL
Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı?
Bildiyiniz kimi bir müddət əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirmişdir və 14 sədri elə iclasdaca işdən çıxararıb, zaldan qovmuşdur.İşdən azad olunanlar sırasında 30 saylı zona Biləsuvar-Cəlilabad TSEK-in sədri də var idi. Bolgexeber.com bildirir ki, işdən azad olunmuş 30 nömrəli keçmiş TSEK sədrinin əvəzinə Xöşbəxt xanım təyin olunub. Qeyd edək ki, sədr vəzifəsinə keçməzdən əvvəl Xöşbəxt xanım Biləsuvar Mərkəzi Xəstəxanasının terapiya şöbəsində işləyib. Deyilənlərə görə TSEK sədri Xöşbəxt xanımın elə əvvəllər də TSEK-lərlə yaxşı əlaqələri , olub və münasibətlərin isti olması səbəbindən xəstəlik və əlilliyə görə sənədlərin verilməsində vasitəçilik edib. Bu səbəbdən də onun TSEK sədri təyin olunması heç də təsadüfi deyil. Deyilənə görə Xöşbəxt xanım bildirib ki, məni vəzifəyə xahiş edib gətizdiriblər.

Maraqlıdır ki, Səlim Müslümov 30 nömrəli TSEK sədrini və oranın bir neçə əməkdaşını işdən kənarlaşdırsa da əməkdaşımızın çəkdiyi görüntülərdən də aydın görünür ki, onlar özlərini əməkdaş kimi aparırlar. Bildirilir ki, bunun səbəbi işdən çıxarılan köhnə əməkdaşların indi orada qeyri-rəsmi, makler kimi işləmələridir. Bildirilir ki, sədr dəyişilsə də 30 nömrəli TSEK-də problemlər əvvəlkitək qalmaqdadır. Qanuni surətdə buradan sənəd ala bilməyən vətəndaşlar artıq neçə vaxtdır ki, yerli TSEK-in qabağına yığışaraq öz narazılıqlarını bildirirlər. Əməkdaşımız adıçəkilən yerdən reportaj hazırlayarkən binanın qabağına toplaşan sakinlər bildirdilər ki, yeni nazir Səlim Müslümov deyib ki, mən hər şeyi şəffaf şəkildə quracam, ancaq belə şəffaflıq olmaz , köhnə hamam köhnə tasdır.

30 nömrəli TSEK-in qanunsuz əməllərindən, burada mövcud olan süründürməçiliyindən boğaza yığılan yerli vətəndaşlar artıq binanın qarşısına toplaşaraq öz narazılıqlarını açıq şəkildə bildirirlər. Sakinlərin Bolgexeber.com –un əməkdaşına dediyinə görə 30 saylı TSEK-in köhnə işçiləri hal-hazırda idarədə dəllalıq edirlər və buranı əsl bazara çeviriblər. Sakinlər bildirirlər ki, köhnə sədrin zamanında burada xəstəlik və əlilliyə görə təqaüdə çıxmaq üçün görülən bütün işlərin hamısı saxtakarlıq və rüşvət üzərində qurulmuşdur.. Hansı ki, pul verməyən, həqiqətən xəstəliyi olan adamlar üzdəniraq TSEK rəhbərinin qəzəbinə tuş gəlib, süründürməçiliyə məruz qalırdı. Belə vəziyyətdə sağlam və iş qabiliyyətli şəxslər isə pul müqabilində tək şəxsiyyət vəsiqəsini verməklə istədikləri əlillik qruplarını alırlar.

Etibarlı mənbənin deməsinə görə,TSEK- də hər bir sənədin öz qiyməti var. O cümlədən xəstəlik və əlilliyə görə təqaüdə çıxmaq üçün verilən rüşvətin də öz “tası” vardır. Xatırladaq ki, Səlim Müslümov bir müddət əvvəl demişdi ki, bu gün tamamilə çirkaba bulaşmış komissiyaların fəaliyyəti şəffaf və təmiz əsaslarla yenidən bərpa olunacaq: “Bugünkü iclasda işini itirəcək insanların sayı çox olacaq. Bizim şəhər və rayonlarda elə Tibbi Sosial Ekspert komissiyaları var ki, onlar hər kəsə əlillik dərəcəsi verir. Bu sadəcə dəhşətli bir hadisədir.

Bütün bunlar da insanlarda yalnız nifrət hissi oyadır. Lakin bütün cəmiyyət də bilir ki, həmin komissiyalar nələrin hesabına min oyunlardan çıxırlar”.

Ancaq reallıq odur ki, deyilənlər söz olaraq qalıb. Biz Səlim Müslümovun niyyətinin təmizliyinə şübhə etmirik. Görünür nazir bəzi işçilərlərini yenidən vəzifədən çıxartmalı və onları cəzalandırmalı olacaq. Çünki əməkdaşımızın 30 saylı TSEK-də gördükləri onu göstərir ki, yeni təyin olunmuş sədr nazirin dediklərindən düzgün nəticə çıxartmayaraq köhnə sədrin yolu ilə getməkdə israrlıdır . Yaxın zamanlarda əməkdaşımızın məsələ ilə bağlı hazırladığı videomaterialı oxuculara təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səlim Müslümovun yeni kadrından şikayət-VİDEO

    Səlim Müslümovun yeni kadrından şikayət-VİDEO ...

    24-01-2014, 17:20

  • 
  • Nazir 14 TSEK rəhbərini işdən azad edərək iclasdan qovdu

    Nazir 14 TSEK rəhbərini işdən azad edərək ...

    29-11-2013, 13:59

  • 
  • 25 saylı TSEK-də əlillik dərəcəsi biznesi

    25 saylı TSEK-də əlillik dərəcəsi biznesi ...

    25-05-2014, 12:37

  • 
  • Səlim Müslümov şöbə rəisini işdən çıxartdı

    Səlim Müslümov şöbə rəisini işdən çıxartdı ...

    11-02-2014, 14:45

  • 
  • Nazirin rüşvət “cədvəli” və kadr “taktikası”….

    Nazirin rüşvət “cədvəli” və kadr “taktikası”…. ...

    23-12-2015, 13:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu