“Ötən il keçirilmiş qəbul imtahanlarına 6105 müəllim cəlb olunub. Onların fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə, 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib”.
Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib. O qeyd edib ki, köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib.
“İndiyə kimi TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə fərqlənən 1 571 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 222 müəllim fəxri fərmanla təltif edilib. Ümumilikdə isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzarətçilər bazasına ümumilikdə 15 minə yaxın nəzarətçi-müəllim daxildir. 2013-cü ildə keçirilmiş 9 illik ümumi və 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında müvafiq olaraq 10 126 nəfər və 7 726 nəfər nəzarətçi-müəllim cəlb olunub”.
TQDK sədri qeyd edib ki, 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 620 min nəfər imtahandan keçirilib. “Bunları idarə etmək üçün yalnız 100 nəfər TQDK-nın mərkəzi aparatı və 26 nəfər regional bölmənin işçiləri bu işin öhdəsindən gələ bilməzdilər. Bu kütləvi prosesi həyata keçirmək üçün müəyyən idarəetmə üsulu qurulub. İmtahan prosesini yalnız TQDK deyil, ictimaiyyət idarə etdir. Ölkədə tətbiq edilən dövlət ictimai idarəetmə üsulu vasitəsilə imtahanı idarə edən, normal əhval-ruhiyyə yaradan, abituriyentə diqqətlə yanaşanlar əsasən nəzarətçi müəllimlərdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?