“Akkord” şirkətinin Bakıxanov qəsəbəsində yerləşən 8 binasına 4 gündür işıq verilmir. 800 yaxın ailənin yaşadığı və istilik sistemi olmayan binaların sakinləri qışın soyuğunda çarəsiz qalıb. Sakinlər evlərini elektrik enerjisi ilə qızdırdığından işığın sönməsi onları olduqca ağır duruma salıb. Çarəsiz qalan sakinlər etirazlarını bildirmək üçün küçəyə çıxış. “Azadlıq”ın əməkdaşının verdiyi məlumata görə, hazırda 100-dən artıq sakin binaların qarşısına toplaşıb. Qeyd edək ki, məmur yarıtmazlığının, yaxud səhlənkarlığının qurbanları təkcə Bakıxanov qəsəbəsinin sakinləri deyil. Bakının Yasamal rayonunda da on minlərlə insan artıq 5-ci gündür su problemi ilə üzləşib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?