Rayon sakini 2000-ci il təvəllüdlü Gülşən Poladova və Bayramlı kənd sakini 1994-cü il təvəllüdlü Şahnaz Babayeva zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə hər iki şəxs özlərinə məxsus istixanada xəstəlik və zərərvericilərə qarşı mübarizə apararkən istifadə olunan fosfor tərkibli kimyəvi məhluldan zəhərləniblər.
Sorğu
Yeni dizaynımız necədir?