GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi

Tarix: 5-05-2017, 21:42 Bölmə :Bölgə Baxış: 572
Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Daşkəsənlilər Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəlmişdilər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama və hazırlanan tədbirlər planına uyğun olaraq rayonda bu tədbirə yüksək səviyyədə hazırlıq işləri görülmüşdü.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirmişlər.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


May ayının 5-də Rayon İcra Hakimiyyətinin Başcısı cənab Əhəd Abıyevin, YAP rayon fəallarının, aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyuldu, ümummilli lider böyük ehtiramla yad edildi. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən dahi liderə həsr olunmuş filmə və eksponatlara baxış keçirmişlər. Sonra da tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söyləmış, müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bü gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən ürək dolusu danışmışdır

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Əhəd Abıyev çıxışında qeyd etmişdir ki, Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında, dövlətçiliyin möhkəmlənməsində, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz rol oynamış Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin mayın 10-da anadan olmasının 94-cü ildönümünü qeyd edirik.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət siyasətçilərin, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Gördüyü cahanşümul işlərin nəticəsidir ki, ölkəmizin hər yerində bu böyük şəxsiyyətin anadan olmasının 94 illiyi xalqımızın və bütün dünya azərbaycanlılarının dərin ehtiramı ilə geniş şəkildə qeyd edilir.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Ümummilli lider Heydər Əliyev 14 ildir, aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhranlardan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Ümummilli lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atıb. Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-ci ilin oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilib, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi nəticəsində dənizdə neft hasilatı genişləndirilib, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda iri xalçaçılıq, alüminium zavodları istifadəyə verilib, elektrik enerjisinin yeni istehsal gücləri yaradılıb.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Ümummilli liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsini himayə etməsi olub. 1970-80-ci illərdə Azərbaycanda ali məktəblərin və onların fakültə və ixtisaslarının sayı artıb, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilib. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-80-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artıb ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynayıblar.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonrakı dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olundu. O, həmin dövrdə ən ağır, böyük təcrübə, peşəkarlıq və xüsusi istedad tələb edən sahələrin inkişafına əhəmiyyətli töhfələr verməklə əsl rəhbər xüsusiyyətlərini nümayiş etdirdi. Bununla yanaşı, qəlbi Azərbaycanla, Vətənlə döyünən Heydər Əliyev həm də öz xalqına bağlılıq, onun maraqlarına xidmət nümunəsini yaratdı. SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan ardıcıl inkişafını davam etdirdi, respublikanın sosial-iqtisadi həyatı yeni nəfəs aldı, təhsil, səhiyyə və digər sahələrdə ciddi irəliləyiş müşahidə olundu, milli kadr potensialının formalaşdırılması məsələsinə xüsusi önəm verildi.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Ümummilli lider həm də Azərbaycanda əsl vətəndaşlıq, əsl siyasətçi, əsl dövlət xadimi nümunələrini bizə miras qoyub. Onun möhkəm iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı, dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə - 1990-cı illərin əvvəllərində daha qabarıq tərzdə üzə çıxıb. Xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında misilsiz tarixi xidmətlər göstərmiş, xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyası həyata keçirib.

Hörmətli yığıncaq iştirakçıları!

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə

etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyev SSRİ rəhbərliyində ikən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkünlüyünü başa düşən məkrli qüvvələr onun vəzifədən uzaqlaşdırılmasına nail oldular, “sapı özümüzdən olan baltalar” isə Azərbaycana qayıdışına maneələr törətməyə başladılar.

Belə bir şəraitdə bu polad iradəli insan xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün bütün məhrumiyyətlərə qalib gəldi və həmin vaxtlar tarixinin ən ağır zamanını yaşayan Naxçıvana dönməyə nail oldu.

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi


Maraqlıdır ki, həmin dövrə nəzər salarkən dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Onun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, real vətəndaş müharibəsi ölkəmizi ayrı-ayrı bölgələrə parçalamaq və separatçılıq meylləri ilə üz-üzə qoymuşdu.

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan AXCP-Musavat kimi hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, ayrı-ayrı silahlı dəstələr yaradırdılar. Həmçinin bütün güc strukturlarının siyasiləşməsi ölkədə dövlət və dövlətçilik üçün böyük təhlükə olan cəzasızlıq mühiti yaratmışdı. Məhz AXC-Musavat cütlüyünün təcrübəsizliyi və səriştəsizliyi Vətənimizi öz müstəqilliyini itirməsi, ərazisinin işğalı və parçalanması, dövlətçiliyinin məhv olması təhlükəsi ilə üz-üzə qoydu. Ölkə böhran içərisində idi, dövlət idarəçiliyi orqanlarının, müəssisə və təşkilatların fəaliyyəti iflic vəziyyətinə salınmışdı. Bütün sahələrdə hərc-mərclik hökm sürürdü. Ölkədə çıxış nöqtəsi görünməyən böyük miqyaslı belə fövqəladə vəziyyət zamanı, məhz ulu öndər Heydər Əliyev xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidli tələbi və vəziyyətdən çıxış yolu tapmaqda aciz qalan iqtidarın özünün inadlı xahişləri ilə yenidən Azərbaycan hakimiyyətinin rəhbərliyinə gələrək, öz qayıdışı ilə dövlətimizin inkişafı və xalqımızın rifahının yaxşılaşmasına yönəlmiş taleyüklü problemlərin hamısını qısa müddət ərzində böyük müvəffəqiyyətlə həll etdi. Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, həmin dövrdə qətiyyətlə belə demişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti

cənab İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən böhranlar nəzərə alınmaqla, yeni ideyalarla zənginləşdirilərək və böyük bacarıqla bu gün uğurla davam etdirilir. Möhtərəm Prezident cənab İlham Əliyev ulu öndərin ideyalarını rəhbər tutaraq Azərbaycan iqtisadiyyatını dəfələrlə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, çoxşaxəli iqtisadiyyata malik, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmişdir. Ölkəmizin işıqlı gələcəyi naminə möhtərəm Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, ərazisinin ölçüsünə və əhalisinin sayına görə diqqəti o qədər də cəlb etməyən Azərbaycan bu gün beynəlxalq aləmdə artıq ən nüfuzlu dövlətlər sırasındadır. Dünya dövlətləri birliyində mövqeyimiz durmadan möhkəmlənir, xalqımızın öz sözünü demək, haqq səsini ucaltmaq, taleyüklü problemlərini dünya ictimaiyyətinə birbaşa çatdırmaq imkanı getdikcə artır. Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir.

Bir neçə gündən sonra ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbir keçiriləcək. Bütün İslam dünyasının müsəlmanlarını bir araya gətirmək, onların arasında sülh, əmin-amanlıq, həmrəyliyi daha da möhkəmləndirmək məqsədi ilə bu ilin may ayının 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəylik Oyunları keçriləcəkdir. Bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanı istəməyən, islamofob qüvvələrə ən tutarlı cavabdır. Oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs respublikamızdakı reallıqları, bütün sahələrdəki inkişafı öz gözləri ilə görəcəklər. Müsəlman aləminin ən nüfuzlu bu idman tədbirində 57 ölkənin komandasının iştirakı gözlənilir. Bu Oyunların Təşkilat Komitəsinə rəhbərlik Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tapşırılıb. Əminik ki, İslam Həmrəyliyi Oyunlarında dünyanın bütün müsəlman ölkələrinin ulu öndərin şah əsəri doğma Azərbaycanımızda bir araya gəlib dostluq, birlik və həmrəylik nümayiş etdirməsi bu nüfuzlu tədbiri həm də böyük bir idman bayramına çevirəcəkdir. Bu nöqteyi-nəzərdən IV İslam Oyunlarının Azərbaycanda keçirilməsi həm ölkəmiz, həm iştirakçı dövlətlər, həm İslam Dünyası üçün, həm də ümumilikdə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu Oyunlar, ilk növbədə, İslam həmrəyliyini gücləndirəcək, bütün dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Ümumilli lider İslam dininə, İslam dəyərlərinə hörmətlə, inamla yanaşırdı. Onun təşəbbüsü ilə məşhur Bibiheybət məscidi yenidən tikildi. Bu, onun İslam dininə olan inamının, etiqadının, sonsuz məhəbbətinin nəticəsi idi. Allaha böyük məhəbbətinin nəticəsi olaraq o, müqəddəs Kəbəni ziyarət etmişdir. Ümummilli lider hər il Qurban bayramında, Qafqaz Müsəlmanları İdarəsində, Təzə Pir məscidində yığıncaqlarda iştirak edərək xalqı təbrik etmişdir. Bu, bir daha sübut edir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün öz imkanlarından, nüfuzundan istifadə edərək beynəlxalq miqyaslı tədbirləri uğurla həyata keçirir və gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcəkdir, həm də IV İslam Həmrəyliyi Oyunları Azərbaycan tarixinə növbəti qələbə kimi daxil olacaqdır.

Hörmətli yığıncaq iştirakçıları!

Ümummilli liderin yürütdüyü siyasət Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilib. Cənab Prezidentin göstərişi ilə ölkənin bütün sahələrində milli konsepsiya

hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə hazırlanıb. Bu istiqamətdə lazımi hüquqi baza yaradılmış, texniki təchizat və kadr hazırlığı işi dövrün yeni tələblərinə uyğun qurulub.

Ölkəmiz özünün inkişaf strategiyasının yeni mərhələsinə daxil olub. İndi Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün xalq-iqtidar birliyinin, sosial və siyasi sabitliyin qorunması çox vacib vəzifələrdəndir. Qətiyyətlə əminik ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə Daşkəsən rayonu da öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcəkdir.

Cənab Prezidentin qeyd etdiyi kimi, tarixdə heç vaxt Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmayıb.

Azərbaycan xalqı Heydər Əliyevin bu qayğısını, bu diqqətini həmişə hiss etmiş, layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsində də hiss edir və həmişə hiss edəcəkdir.

Əziz daşkəsənlilər, bacı və qardaşlarım!

Bir sözlə, bizim keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, torpaqlarımızın ərazi bütövlüyünə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona üz tutmuşdur. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

Heydər Əliyev siyasəti daim qalib gəlir, ideyaları da yaşayır!

Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin geniş məzmunlu nitqindən sonra Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev də Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbirdə çıxış etmişdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daşkəsən Rayon İcra Hakimiyyəti

    Daşkəsən Rayon İcra Hakimiyyəti ...

    8-02-2017, 00:29

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

    Füzulidə “Qanlı yanvar” adlı ədəbi-bədii ...

    17-01-2014, 11:06

  • 
  • Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

    Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər ...

    10-05-2016, 12:41

  • 
  • Əhəd Abiyevin ailəsində faciə - oğlu 9-cu mərtəbədən yıxıldı və...

    Əhəd Abiyevin ailəsində faciə - oğlu 9-cu ...

    12-07-2014, 22:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu