gundemxeber.az istipress.com-a istinadən bildirir ki, rayonun Dəvəçi kəndində yaşayan 46 yaşlı Məmməd Alahverdi oğlu Məmmədov özünə məxsus məxsus Vaz 21099 markalı avtomobillə Şabran şəhər sakini 38 yaşlı Vüqar Əlverdiyevi öldürüb. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Belə ki, şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən avtomobil təmiri sexində avtomobil təmiri zamanı o, avtomobili itələmək istəyib. Bu zaman sexdə çilingər işləyən üç uşaq atası 38 yaşlı Vüqar Əlverdiyevi avtomobillə sexin divarına sıxıb. Vüqar Əlverdiyev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla baçlı Şabran Prokurorluğu araşdırma aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?