Son vaxtlar Qazax şəhərində işıqlar tez tez söndürülür. Səbəbini bilmirik amma bu hal vətəndaşlara bir sıra problemlər yaradır. Saatlarla qaranlıqda qalmaq öz yerində. Buna bir təhər dözmək olur. Amma evdəki elektrik cihazlarının sıradan çıxması əhalinin ən başlıca problemidir. Belə hallar Qazax şəhərində çox tez tez baş verir. Qeyri sabit cərəyanın sayəsində minlərlə vətəndaşın elektrik cihazları sıradan çıxır. Bucür problemlərlə üzləşənlərdən biri də “Gündəm Xəbər”ə müraciət edən Qazax şəhər sakini Dadaşova Zöhrə bildirir ki, işıq gecə saatlarında sönüb yanandan sonra soyuducu, televizor və “krosno”nun “pristavka”sı sıradan çıxmışdır. Zərərçəkən vətəndaş Z. Dadaşova Qazax şəhər İşıq idarəsinə rəsmi məktubla müraciət etsə də ona bildiriblər ki işıq idarəsi buna görə cavabdeh deyil. İşıq idarəsinin müdiri Elşad Məmmədov şikayəti rədd edib. Lakin bizim qənaətimizlə və məntiqə əsaslansaq görərik ki, işıq idaarəsinin borcu əhalini keyfiyyətli “sabit cərəyanla” təmin etməkdir. Məhz keyfiyyətli “sabit cərəyanla”. Çünki ev avadanlıqlarının əksəriyyəti 220 kilovat sabit cərəyanla işləmək üçün nəzərdə tutulub. Cərəyanın 220 kilovatdan yuxarı verilməsi mütləq şəkildə xəta törətməlidir. Əgər işıq idarəsi əhalini keyfiyyətli, yəni “sabit cərəyan” la təmin edə bilmirsə burada günahgar axtarmağın mənası yoxdur. Azərişıq elektrik istehsal edib əhaliyə pulla satan bir təşkilatdır. Buna görədə məhsulunun keyfiyyətinədə cavabdeh olmalıdır. İşıq idarəsinin məsuliyyətdən boyun qaçırması istehlakcı hüquqlarının pozulması və işıq idarəsinin məsuliyyətsizliyi kimi başa düşülməlidir. Əgər Elşad Məmmədov Qazax şəhərini “sabit cərəyan”la təmin edə bilmirsə zəhmət çəkib vəzifəsindən istefa versin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?