Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsi kəsilib, köməksiz vəziyyətdə qalan kənd sakininə yardım edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.
Sorğu
Yeni dizaynımız necədir?