Ucar rayonu Firdovsi küçəsi ev 9 sakini Novruzov Ələkbər İslam oğlu gundemxeber.az vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti-nin rəisi cənab Mədət Quliyevə müraciət ünvanlayıb. Email poçtumuza gələn həmin müraciəti oxucularımızın diqqətinə olduğu kimi təqdim edirik.
Hörmətli Mədət Quliyev ! Sizə bildirirəm ki, özünü Azərbaycan Respublikasının Dövlətin Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən Bakı şəhəri Nəsimi rayonu Pişəvəri küçəsi ev 21 sakini 08.10.1982-ci il tarixdə anadan olmuş Heydərov Azər Əliheydər oğlu bacısı Həsənova Günay Əliheydər qızı ilə qabaqcadan əlbir olaraq dələduzluq yolu ilə bizi aldadıb əmlakımızı talan etmişdilər.Bunu təsdiq edən konkret və mötəbər subutlarımız var.Belə ki, özümüzə məxsus lazer eplyasiya aparatını satmaq üçün internetdə elan vermişdik.Bakı sakinləri Heydərov Azər Əliheydər oğlu və onun bacısı Həsənova Günay Əliheydər qızı bizimlə telefon əlaqəsi saxlayıb sövdələşib 2016-cı ilin fevral ayı tarixində həmin aparatı Ucar rayonuna gəlib 4000 (dörd min) manata aldılar. Aparatı hərtərəfli yoxlayıb aldılar.Eplyasiya aparatının üstündə onlara 1 ədəd quşetka, 1 ədəd fotoeplyasiya aparatı və 1 ədəd elektiri nizamlayıcısı verdik. Bundan 3 ay sonra Azər Heydərov və bacısı Günay Həsənova bizə zəng edib həmin aparatı geri qaytarmaq istədiklərini bildirdikdə biz razı olduq. Biz onlara 3000 manat "AccessBank" vasitəsi ilə pul göndərdik. Ancaq aparatı vermədilər ki, qalan 1000 manatıda verəndən sonra aparatı qaytaracayıq dedilər.Həmin ərəfədə aparata müştəri çıxdı və buna görə biz Azər Heydərovla əlaqə saxlayıb bildirdik ki, aparatı gətirin nəğd pula almaq istəyən var satın qalan 1000 manatınızı götürün. Azər Heydərov bizə bildirdi ki, aparatı 800 manata satmışam.Biz onların bu dələduz əməllərinə etiraz etdikdə bizə hədə-qorxu gəldilər, nalayıq sözlərlə təhqqir etdilər.Bundan sonra bizə məlum oldu ki, bu bacı-qardaş qabaqcadan əlbir olub dələduzluq yolu ilə bizi aldadıb əmlakımızı ələ keçirib talamışdırlar.Onların bu hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yarıtmaz fəaliyyəti nəticəsində çoxlu sayda insanlar əziyyət çəkdilər və buna görə cənab Prezident həmin qurumu ləğv etdi.İndi Allaha çox şükür olsun ki, DTX adlı yeni qrum yaranıb və Sizin kimi dövlətini sevən insan rəhbər təyin edilmisiniz. Ancaq çox təssüf olsun ki, Eldar Mahmudovun yaramaz yolunu davam etdirən Azər Heydərov kimi dələduz DTX kimi mötəbər bir idarədə vəzifə daşıyır.Mən inanıram ki, Sizin bundan məlumatınız yoxdur.Bu müraciətimdən sonra araşdırıb tədbir görəcəksiniz.
Hörmətli Mədət Quliyev ! Sizdən çox-çox xahiş edirəm qabaqcadan əlbir olub etibarımızdan sui-istifadə edib bizi aldadıb dələduzluq yolu ilə əmlakımızı talan etmiş Azərbaycan Respublikasının Dövlətin Təhlükəsizlik Xidmətinin əməkdaşı Heydərov Azər Əliheydər oğlunun barəsində qanunu tədbirlər görəsiniz. İmza; Novruzov Ələkbər İslam oğlu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?