Ötən gecə Gəncə şəhərinin Kəpəz rayonunda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, Üzeyir Hacıbəyli küçəsində 1957-ci il təvəllüdlü Vəliyev Mayis İsa oğlunu vurub öldürən "Range Rover" markalı, 20 BZ 051 dövlət nömrə nişanlı avtomobili idarə edən 1987-ci il təvəllüdlü Mirzəyev Elşad Vidadi oğlunun sərxoş olduğu üzə çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, 30 yaşlı sürücü orta dərəcəli sərxoş vəziyyətdə olub.
Maraqlı məqamlardan biri də odur ki, 60 yaşlı piyadanın həyatına son qoyan hadisənin piyada keçidinin bir neçə metrliyində baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?